“Ukrayna Donbasda müdafiə xətti yaradıb və ondan imtina etmək istəmir”.
Elchi.az xəbər verir ki, ABŞ dövlət katibi Mark Rubio “Breitbart News”-a müsahibəsində münaqişənin kökünün bu olduğunu qeyd edib.
Onun sözlərinə görə, Ukrayna regionun təxminən 11 faizinə nəzarət edir. Onun qoşunları orada müdafiə xətti yaradıblar və iddia edirlər ki, əgər onu təslim etsələr, Ukrayna paytaxtına birbaşa yol açmaqla Kiyevi müdafiə etmək üçün heç bir imkanları olmayacaq.
“Ukrayna deyir ki, biz Donbasın qalan 11 faizindən imtina edə bilmərik, çünki bu müdafiə xətti bizim son mövqeyimizdir. Münaqişənin kökü budur”, – deyə diplomat bildirib.
ABŞ dövlət katibi qeyd edib ki, Ukraynada münaqişənin həlli prosesi asan deyil, lakin Vaşinqton münaqişənin danışıqlar yolu ilə həlli üçün fürsət yaranarsa, vasitəçi kimi çıxış etməyə hazır və qadirdir.
Yeganə





















