Tayland ərazisində yağan güclü yağışlar genişmiqyaslı daşqınlara səbəb olub və nəticədə son bir ay ərzində 80 nəfər ölüb.
Elchi.az xəbər verir ki, “Bangkok Post” qəzetinin Taylandın Fəlakətlərin Qarşısının Alınması və Azaldılması Departamentinə istinadən verdiyi məlumata görə, su səviyyəsi enməyə başlasa da, paytaxt Banqkok da daxil olmaqla, 22 əyalətdə daşqınlar hələ də davam edir.
Ötən ay ərzində ölkə üzrə baş verən daşqınlar səbəbindən 80 nəfər həyatını itirib.
Daşqınlardan təxminən 604 265 təsərrüfat və 1,83 milyon insan zərər çəkib.
Şayəstə





















