Böyük Britaniyanın baş naziri Rişi Sunak və İtaliyadan olan həmkarı Corc Meloni Ukraynadakı vəziyyəti müzakirə edən danışıqlar aparıb. Elchi.az bu barədə Britaniya baş nazirinin Dauninq-stritdəki ofisinə istinadən xəbər verir.
Sunak və Meloni Britaniyaya iki günlük səfəri çərçivəsində görüş keçirib. Siyasətçilər Ukraynada sülhün əldə olunması üçün şərtin adını çəkərək, bunun ölkə vətəndaşlarının ehtiyacları nəzərə alınarsa, mümkün olduğunu etiraf ediblər.
Xatırladaq ki, bundan əvvəl Kiyevin təşəbbüsü ilə Ukrayna prezidenti Vladimir Zelenski ilə Çin prezidenti Si Cinpin arasında telefon danışığı olub. Zelenski Kiyevin Pekinə yeni səfirinin təyin olunduğunu, Si Cinpin isə öz nümayəndəsinin ölkədəki münaqişənin sülh yolu ilə həlli üçün dərin məsləhətləşmələr aparmaq üçün Ukraynaya və digər ölkələrə səfərə gələcəyini açıqlayıb.
Havar Şəfiyeva