Dünyanın ən böyük mikroçip istehsalçılarından biri olan Intel, yanvar-mart dövründə 2,8 milyard dollarla şirkətin tarixində ən yüksək rüblük itkisini bildirdi.
Elchi.az xəbər verir ki,Intel 2023-cü ilin birinci rübü üçün balans hesabatını açıqlayıb.Buna görə ilin ilk rübündə şirkətin gəlirləri bir əvvəlki ilin eyni dövrünə görə yüzdə 36 azalaraq 11,7 milyard dollara geriləyib.
Intel ötən ilin yanvar-mart dövründə 18,4 milyard dollar gəlir əldə edib.
Intel ilin birinci rübündə 2,8 milyard dollar xalis zərər qeyd edib. Ötən ilin eyni dövründə Intel 8,1 milyard dollar xalis mənfəət əldə etmişdi.
İndiyə qədər ən yüksək rüblük itkisini bildirən mikroçip istehsalçısı da bu dövr ərzində səhm başına 0,66 dollar zərər hesablayıb. Şirkət ötən ilin birinci rübündə hər səhmə görə 1,98 dollar mənfəət əldə etdiyini bildirib.
Intel-in Baş İcraçı Direktoru (CEO) Pat Gelsinger, makroiqtisadi görünüşlə bağlı ehtiyatlı olmağa davam etdiklərini ifadə etdi və şirkətin 1 trilyon dollarlıq bazardan faydalanmaq üçün ən yaxşı mövqe tutacaq “IDM 2.0” strategiyasına diqqət yetirdiklərini xatırlatdı.
Şirkətin Baş Maliyyə Direktoru (CEO) David Zinsner də qeyd etdi ki, onlar səmərəliliyi artırmaq və xərclərə qənaət etmək öhdəliyinin bir hissəsi olaraq xərclərin idarə edilməsində intizamlı qalırlar.
Zinsner, “IDM 2.0” strategiyasını inkişaf etdirmək üçün lazımi investisiyalara üstünlük verdiklərini ifadə etdi.
Nuranə Məmmədova