Minlərlə israilli Qüdsdə mübahisəli məhkəmə islahatlarına dəstək nümayişi keçirib.
Elchi.az xəbər verir ki,İsrailin “Yediot Ahronot” qəzetinin xəbərinə görə, ölkədə böhrana səbəb olan məhkəmə islahatına dəstək üçün minlərlə sağçı Qüdsdə Ali Məhkəmənin qarşısına toplaşıb.
Qeyd edilib ki, nümayişçilər hökumətdən məhkəmə islahatı planını gələn həftə başlayacaq yay dövründə İsrail parlamentində qüvvəyə minməsini tələb ediblər.
Baş nazir Benyamin Netanyahu öz Twitter hesabında nümayişçilərin fotosunu paylaşaraq, “Hökumətimizə dəstək olmaq üçün bu gecə Qüdsə gələn yüz minlərlə israilliyə təşəkkür edirəm. Sizin vətənpərvərliyiniz məni çox təsirləndirdi” deyib.
Nümayişi Netanyahunun “Likud” partiyası və maliyyə naziri Smotriçin rəhbərlik etdiyi ifrat sağçı Dini Sionizm Partiyasının maliyyələşdirdiyi qeyd edilib.İsrail polisinin nümayişlə əlaqədar Qüdsdə bəzi küçələri bağladığı bildirilib.
Nuranə Məmmədova