O, sonuncu dəfə rusiyalı həmkarı ilə 2022-ci il dekabrın əvvəlində danışıb.
Elchi.az xəbər verir ki, Almaniya kansleri Olaf Şolz Rusiya lideri Vladimir Putinlə telefon əlaqəsini davam etdirmək niyyətində olduğunu bildirib.
Alman siyasətçinin sözlərinə görə, bir-birimizlə danışmaq son dərəcə vacibdir.
– Son 11 ay ərzində mən prezident (Fransa Emmanuel) Makron kimi Putinlə təkrar-təkrar danışmışam. Sonuncu dəfə 2022-ci il dekabrın əvvəlidir. Və mən yenidən Putinlə telefonla danışacam – çünki bir-birimizlə danışmaq lazımdır, – Şolz Tagesspiegel qəzetinə bildirib.
Eyni zamanda, Kremlin sözçüsü Dmitri Peskov bir gün əvvəl bildirib ki, əgər Berlin Kiyevə Leopard tankları tədarük etmək qərarına gəlsə, bu, qaçılmaz olaraq Rusiya ilə Almaniya arasında münasibətlərə təsir edəcək.
Və bundan əvvəl Rusiya Federasiyası xarici işlər nazirinin keçmiş müavini Sergey Orconikidze Almaniyanın Rusiyaya qarşı “tarixi günahı” üzündən Ukraynanı “Leopard 2” tankları ilə təmin etmək istəmədiyi barədə fikir bildirib.
Şayəstə