Krım rəhbərinin müşaviri Kryuçkov Kiyevin yarımadaya zərbələr endirməsi ilə bağlı bəyanatlarını “divanın altından hürən” adlandırıb.
Rəsmi əmindir ki, Kiyev siyasətçiləri həqiqətən də “vətənlərini baha qiymətə necə satmaq” haqda düşünürlər.
Elchi.az xəbər verir ki, Krım rəhbərinin informasiya siyasəti üzrə müşaviri Oleq Kryuçkov Ukrayna prezidentinin aparat rəhbəri Mixail Podolyakın müşaviri yarımadaya “raket zərbələri” ilə bağlı hədəsini şərh edib.
“RİA Novosti”nin məlumatına görə, Kryuçkov bu cür bəyanatları “divan altından hürən” adlandırıb və əmin olduğunu bildirib ki, Ukrayna siyasətçiləri əslində “vətənlərini baha qiymətə necə satmaq” haqda düşünürlər.
“Rusiyanı müharibə, strategiya, taktika, silahların xüsusiyyətləri haqqında heç bir fikri olmayan Podolyak Krımda zərbələr endirməklə hədələyir”, – deyə rəsmi vurğulayıb.
Şayəstə