Monteneqronun məqsədi vətəndaşlarının ədalətli, nizamlı və Avropa dəyərlərinə uyğun bir dövlətdə yaşamasıdır.
Elchi.az xəbər verir ki, bu barədə Monteneqro Prezidenti Yakov Milatoviç fransalı həmkarı Emmanuel Makronu ölkəsində qarşılamasın münasibətilə etdiyi paylaşımda bildirib.
O, Monteneqro dövlətçiliyinin və Avropa kimliyinin simvolu olan paytaxtdan tərəfdaşlıq, məsuliyyət və qətiyyət mesajı göndərdiklərini vurğulayıb.
“Monteneqro harada olduğunu bilir. Bizim vəzifəmiz institutların işləməsini təmin etmək, islahatların nəticə verməsinə nail olmaq və vətəndaşların ədalətli, nizamlı və Avropa dəyərlərinə uyğun bir dövlətdə yaşamasıdır”,- Monteneqro Prezidenti əlavə edib.



















