"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Dominikanda ilk dəfə Azərbaycanın Müstəqillik Günü qeyd edilib

04 İyun 2026 - 22:05
in CƏMİYYƏT, XƏBƏR LENTİ
FacebookVatsap

28 May – Azərbaycanın Müstəqillik Günü münasibəti ilə Dominikan Respublikasının paytaxtı Santo-Dominqo şəhərində ilk dəfə olaraq rəsmi qəbul keçirilib.

Bunu da oxuyun

FHN-dən əhaliyə müraciət – Video

Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdirilib

Sabahın hava proqnozu açıqlanıb

Bu barədə Elchi.az – a Azərbaycanın Dominikandakı səfirliyindən məlumat verilib.

Qəbulda fəxri qonaq qismində Dominikanın iqtisadi məsələlər və beynəlxalq əməkdaşlıq üzrəxarici işlər nazirinin müavini Huqo Fransisko Rivera Fernandes, həmçinin, Dominikan XİN-in, parlamentin, eləcə də müxtəlif dövlət qurumlarının, diplomatik korpusun, bu ölkənin aparıcı mətbu orqanlarından biri olan “Listin Diario” qəzetinin, həmçinin, digər KİV və ictimaiyyətin nümayəndələri iştirak edib.

Tədbirdə ilk olaraq Azərbaycan Respublikası və Dominikan Respublikasının Dövlət himnləri səsləndirilib.

Dövlət himnlərinin ardınca Dominikandakı səfir Ruslan Rzayev çıxış edərək, ilk dəfə olaraq Dominikanın paytaxtı Santo-Dominqo şəhərində keçirilən qəbulun önəmindən danışıb. Diplomat 28 may 1918-ci il tarixində müsəlman Şərqində ilk demokratik dövlət kimi qurulan Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyətindən bəhs edib. Çox qısa zaman, cəmi 23 ay mövcud olmuş bu Respublikanın xalqımızın müstəqillik əzmini dünyaya nümayiş etdirdiyini diqqətə çatdıraraq həmin dövrdə dövlət quruculuğunda əldə olunan önəmli nailiyyətləri qeyd edib.

R. Rzayev Azərbaycanın 1991-ci ildə müstəqilliyini bərpa etdiyini, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə ölkənin yeni inkişaf yoluna qədəm qoyduğunu və beynəlxalq səviyyədə etibarlı tərəfdaşa çevrildiyini söyləyib. Səfir, Ulu Öndərin strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, onun rəhbərliyi ilə Azərbaycanın öz əraziləri üzərində suverenliyini tam bərpa etdiyini, Vətən müharibəsindən sonra bölgədə yaranmış yeni reallıqlar, sülh gündəliyi, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işləri barədə danışıb.

Səfir Azərbaycanın son illərdə COP29, Qoşulmama Hərəkatı, Avropa Oyunları, MDB Oyunları və Formula1 kimi mötəbər beynəlxalq yarışlara və tədbirlərə ev sahibliyi etdiyini, bu xüsusda 17-22 may tarixlərində ölkəmizdə baş tutan BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) uğurla təşkil olunduğunu vurğulayıb.

Çıxışı zamanı Azərbaycan-Dominikan əlaqələri haqqında danışan R. Rzayev ölkəmizin Dominikanla münasibətlərə diqqət ayırdığını, məhz bu səbəbdən ilk dəfə olaraq 2025-ci ildə Azərbaycan səfirliyinin bu ölkəyə akkreditə olunduğunu vurğulayıb. Diplomat Azərbaycanın kiçik ada ölkələri ilə münasibətlərin inkişaf etdirilməsində maraqlı olduğunu bildirib. O, son müddətdə ikitərəfli təmaslarda müşahidə olunan müsbət dinamikadan, həyata keçirilən qarşılıqlı səfərlərdən danışaraq ölkələrimiz arasında əlaqələrin daha da inkişafı etməsi üçün geniş imkanların olduğunu bildirib.

Sonra fəxri qonaq qismində iştirak edən xarici işlər nazirinin iqtisadi məsələlər və beynəlxalq əməkdaşlıq üzrə müavini Huqo Fransisko Rivera Fernandes Dominikanda ilk dəfə olaraq Azərbaycanın Müstəqillik Günü il bağlı qəbulun keçirilməsi ilə əlaqədar hökumət adından təşəkkürünü ifadə edib. O, Dominikan hökuməti və Xarici İşlər Nazirliyinin adından Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edib. H. Rivera ikitərəfli təmaslardakı müsbət dinamikanın məmnunluq doğurduğunu, istər beynəlxalq təşkilatlar çərçivəsində, istərsə də ticarət, iqtisadiyyat, turizm, təhsil və digər sahələrdə iki ölkəarasında əməkdaşlıq üçün geniş potensialın olduğunu vurğulayıb.

Qəbul zamanı Azərbaycanın turizm imkanları və ölkəmiz haqqında məlumatların əks olunduğu video çarxlar, o cümlədən “Şəhərsalma və Memarlıq İli” çərçivəsində ölkəmizin WUF13-ə ev sahibliyi ilə əlaqədar “İçərişəhər: Canlı şəhər irsi” sərgisi nümayiş olunub.

Previous Post

CENTCOM İran limanlarının blokadası çərçivəsində 127 gəminin istiqamətini dəyişdirib

Next Post

Rusiyanın Sumı vilayətinə hücumu nəticəsində 2 nəfər ölüb, 4 nəfər yaralanıb

Bənzər yazılar

FHN-dən əhaliyə müraciət – Video

FHN-dən əhaliyə müraciət – Video

07 Oktyabr 2026 - 13:30

Havaların soyuması ilə elektrik və qazla işləyən qızdırıcı cihazlara olan tələbat xeyli artır. Belə olan halda məişətdə elektrik və qaz...

Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdirilib

Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdirilib

07 Oktyabr 2026 - 13:16

Azərbaycan jurnalistlərinin IX qurultayı Rəşid Behbudov adına Mahnı Teatrında keçiriləcək. Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi, eyni zamanda qurultayın keçirilmə tarixinin...

Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb

07 Oktyabr 2026 - 13:08

Sabah Azərbaycanda hava necə olacaq? Oktyabrın 8-də gözlənilən hava proqnozu açıqlanıb. Bakıda və Abşeron yarımadasında hava necə olacaq? Milli Hidrometeorologiya...

Azərbaycanda bu həftədən ov mövsümü başlayır

Azərbaycanda bu həftədən ov mövsümü başlayır

07 Oktyabr 2026 - 12:51

“Ov Məsələləri üzrə Koordinasiya Şurası”nın növbəti iclası keçirilib və 10 oktyabr 2026-cı il tarixindən etibarən ov mövsümünün açıq elan edilməsinə...

Next Post
Rusiyanın Sumı vilayətinə hücumu nəticəsində 2 nəfər ölüb, 4 nəfər yaralanıb

Rusiyanın Sumı vilayətinə hücumu nəticəsində 2 nəfər ölüb, 4 nəfər yaralanıb

Milatoviç: Bizim vəzifəmiz vətəndaşların Avropa dəyərlərinə uyğun bir dövlətdə yaşamasıdır

Milatoviç: Bizim vəzifəmiz vətəndaşların Avropa dəyərlərinə uyğun bir dövlətdə yaşamasıdır

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Ronaldo milli ilə bağlı qərarını verdi

Ronaldo milli ilə bağlı qərarını verdi

07 Oktyabr 2026 - 13:42
FHN-dən əhaliyə müraciət – Video

FHN-dən əhaliyə müraciət – Video

07 Oktyabr 2026 - 13:30
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdirilib

Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdirilib

07 Oktyabr 2026 - 13:16
Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb

07 Oktyabr 2026 - 13:08
“Rusiya ilə Ukrayna arasındakı münaqişəni həll etməyə çalışıram” – Tramp

“Rusiya ilə Ukrayna arasındakı münaqişəni həll etməyə çalışıram” – Tramp

07 Oktyabr 2026 - 13:00
Azərbaycanda bu həftədən ov mövsümü başlayır

Azərbaycanda bu həftədən ov mövsümü başlayır

07 Oktyabr 2026 - 12:51
Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb

Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb

07 Oktyabr 2026 - 12:42
Bu yollarda hərəkət məhdudlaşdırılacaq

Bu yollarda hərəkət məhdudlaşdırılacaq

07 Oktyabr 2026 - 12:30
İrandan bizi hansı təhlükə gözləyir? – Qüdrət Həsənquliyevdən açıqlama

İrandan bizi hansı təhlükə gözləyir? – Qüdrət Həsənquliyevdən açıqlama

07 Oktyabr 2026 - 11:44
İrəvan Bakı ilə yola çıxır: TRIPP Ermənistanı Rusiyadan uzaqlaşdıracaq?

İrəvan Bakı ilə yola çıxır: TRIPP Ermənistanı Rusiyadan uzaqlaşdıracaq?

07 Oktyabr 2026 - 11:18
Ronaldu Portuqaliya millisində karyerasını başa vurmayacağını açıqlayıb

Ronaldu Portuqaliya millisində karyerasını başa vurmayacağını açıqlayıb

06 Oktyabr 2026 - 23:41
Pentaqon Ukrayna üçün “Patriot” avadanlıqları almağı planlaşdırır

Pentaqon Ukrayna üçün “Patriot” avadanlıqları almağı planlaşdırır

06 Oktyabr 2026 - 23:38
Şimali Kiprdə gəmi qəzası nəticəsində ölənlərin sayı 24-ə yüksəlib

Şimali Kiprdə gəmi qəzası nəticəsində ölənlərin sayı 24-ə yüksəlib

06 Oktyabr 2026 - 23:31
Makron təcili Nazirlər Kabinetinin iclasını keçirəcək

Makron təcili Nazirlər Kabinetinin iclasını keçirəcək

06 Oktyabr 2026 - 23:29
Tiranada Qafqaz Albaniyasının tarixinə dair kitabın təqdimatı keçirilib

Tiranada Qafqaz Albaniyasının tarixinə dair kitabın təqdimatı keçirilib

06 Oktyabr 2026 - 23:27
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.