Şimşək çaxacaq, dolu düşəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

🗓 08.06.2025 17:12 ✍️ "Elçi" qəzeti
Şimşək çaxacaq, dolu düşəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

İyunun 9-11-də Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında hava şəraitinin fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir.

Bu barədə  Elchi.az - a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gözlənilən yağıntılar ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel və daşqın keçəcəyi ehtimal olunur.

Bənzər yazılar