Salyanda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-qəzası baş verib.
Elchi.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Stansiya yaşayış massivində qeydə alınıb.
Belə ki, hərəkətdə olan VAZ-2107 markalı avtomobil “Zaporojets” markalı avtomobillə toqquşub.
Qəza nəticəsində rayonun 20 Yanvar küçəsinin sakinləri, 1990-cı il təvəllüdlü Rauf İbrahim oğlu Quliyev, həyat yoldaşı, 1990-cı il təvəllüdlü Minurə Mehman qızı Quliyeva, onların övladları, 2014-cü il təvəllüdlü Mələk Quliyeva, 2017-ci il təvəllüdlü Q.Z və 2018-ci il təvəllüdlü Q.R müxtəlif dərəcəli xəsarətlər alıblar.
Onlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. İlk tibbi yardımdan sonra ana və qızlarından biri Bakıya xəstəxanalardan birinə göndərilib.
Faktla bağlı araşdırma aparılır.
Azərbaycanda zəlzələ oldu
Lənkəran rayonunda zəlzələ qeydə alınıb. Bu barədə Elchi.az-a AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosudan məlumat verilib. Bildirilib...





















Son şərhlər