Böyük Britaniya və ya NATO-nun hərbi əməliyyatları Rusiyanın sərəncamında olan bütün vasitələrlə cavablandırılacaq.
Elchi.az xəbər verir ki, Rusiyanın Londondakı səfirliyi “X” sosial şəbəkəsindəki səhifəsində bu barədə xəbərdarlıq edib.
“Böyük Britaniya və ya NATO-nun Rusiya ərazisinə qarşı istənilən hərbi əməliyyatı Rusiyanın sərəncamında olan bütün vasitələrlə, o cümlədən nüvə silahı ilə cavablandırılacaq”, – deyə bəyanatda bildirilir.
Diplomatik missiyadan qeyd olunub ki, Kalininqradın blokadası və ya oraya zərbə endirilməsinin tərəfdarı olanlar bunun fəsadları ilə bağlı heç bir illüziyaya qapılmamalıdırlar.
Məryəm





















