ABŞ-nin təxminən 4,8 min nəfərlik heyətə malik “USS George H. W. Bush” aviadaşıyıcısı oktyabrın 5-də Pxuketə gələcək.
Elchi.az xəbər verir ki, bu barədə Pxuket ada əyalətinin Patonq şəhər polis idarəsinin “Facebook” səhifəsində dərc olunmuş məlumatda bildirilir.
“Təxminən 4,8 min nəfərlik heyəti olan “USS George H. W. Bush” və təxminən 320 nəfərlik heyəti olan “USS Delbert D. Black” esminesi 2026-cı il oktyabrın 5-dən 10-dək dərin sulu limanda lövbər salacaq”, – deyə məlumatda qeyd olunur.
Tailand polisi adada olduqları müddətdə gələn dənizçilər və zabitlərin krallığın qanunlarına ciddi əməl etmələrinin vacibliyinə ABŞ tərəfinin xüsusi diqqətini cəlb edib.
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) aprel ayında “USS George H. W. Bush” aviadaşıyıcısının üç aviadaşıyıcı zərbə qrupunun tərkibində Yaxın Şərq regionuna gəldiyini bildirmişdi. Sentyabrın 2-də isə ABŞ HDQ-nin “Abraham Lincoln” aviadaşıyıcısı səkkiz aydan çox sürən döyüş növbətçiliyindən sonra Pattaya limanında ilk dayanacağını etmişdi.
Məryəm





















