Türkiyənin İstanbul Beynəlxalq Hava Limanında üzərinə həbs qoyulmuş İranın “Caspian Airlines” aviaşirkətinə məxsus təyyarə sentyabrın 29-u axşam saatlarında Tehrana qayıdacaq.
Elchi.az xəbər verir ki, bu barədə aviaşirkətin mətbuat xidməti məlumat yayıb.
“Caspian Airlines” aviaşirkəti dərhal aydınlaşdırma və razılaşdırma prosesinə başlayıb, aidiyyəti xidmətlərin iştirakı ilə zəruri hüquqi və inzibati tədbirlər görülüb. Türkiyədə saxlanılan “Caspian” təyyarəsi bu gün ölkəyə qayıdacaq”, – deyə İran Dövlət Teleradio Şirkəti bəyanatdan bir parçanı sitat gətirir.
Bir gün əvvəl Türkiyənin “T24” portalı İstanbul Beynəlxalq Hava Limanında İranın “Caspian Airlines” aviaşirkətinin Türkiyənin “ACM Temsil” xidmət şirkətinə 3 milyon avro borcu olduğuna görə təyyarəsinin üzərinə həbs qoyulduğu barədə məlumat yaymışdı.
Məryəm




















