Fransanın şimal-şərqində hüquq-mühafizə orqanlarının əməkdaşları məktəbdə terror aktı hazırlamaqda şübhəli bilinən yeniyetməni saxlayıblar.
Elchi.az xəbər verir ki, bu barədə “Figaro” qəzeti yerli prokurorluğa istinadən məlumat yayıb.
“16 yaşlı gənc Sen-Luideki orta məktəbdə hücum edəcəyi ilə bağlı hədələrdən sonra həbs edilib”, – deyə məlumatda bildirilir.
Yeniyetmə ciddi cinayət törətməklə bağlı yazılı hədələrə, terrorizmə bəraət qazandırmağa və terror aktı hazırlamaq məqsədilə cinayət əlaqəsinə girməyə görə saxlanılıb.
Məryəm





















