Papa XIV Leo Fransadan qayıdarkən mətbuat qrupundakı jurnalistlərlə söhbətində Rusiya və Ukraynaya müraciət edib.
Elchi.az xəbər verir ki, “TASS” agentliyi onun fikirlərini yayımlayıb.
XIV Leo vurğulayıb ki, Kilsənin sülh dəyərlərini təşviq etmək vəzifəsi var; buna görə də o, hər iki ölkənin liderlərini danışıqlar masası arxasına keçməyə və dialoqa başlamağa çağırıb.
Papa artıq heç bir mənası qalmayan müharibələri davam etdirmədən bu problemlərin həlli yollarını tapmaq zərurətini izah edib
Daha əvvəl Roma Papasının Ukrayna üzrə xüsusi elçisi kardinal Matteo Zuppi Moskvaya gəlib. Zuppi Rusiya və Ukraynanın üzləşdiyi çətinliklərin aradan qaldırılması yollarını müzakirə edə biləcəyinə ümidvar olduğunu bildirib.
Bundan əvvəl Rusiya lideri Vladimir Putin bəyan etmişdi ki, Ukrayna ilə sülh danışıqlarının davam etdirilib-etdirilməməsi barədə qərar Rusiyanın öz maraqları əsasında veriləcək.
Yeganə





















