Sabah Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçiriləcək

45

Qazaxıstanda noyabrın 20-də keçiriləcək növbədənkənar prezident seçkilərinə hazırlıq başa çatıb.
Qazaxıstan xalqı sabah 7-ci prezident seçkiləri üçün seçkiyə gedəcək.
Səhər saat 00:00-a olan məlumata görə, prezidentliyə namizədlərin seçki kampaniyasının başa çatdığı ölkədə bu gün seçkiqabağı “sükut” günüdür və seçki təbliğatına icazə verilmir.
Elchi.az xəbər verir ki, bu barədə Qazaxıstan Mərkəzi Seçki Komissiyası ölkənin seçkilərə hazır olduğunu açıqlayıb.
Komissiyanın sədri Nurlan Abdirov mətbuat konfransında bildirib ki, seçkilərin keçirilməsi üçün lazımi avadanlıqla təmin olunub, seçki dairələrində əlil vətəndaşlar üçün şərait yaradılıb, siyahıların yoxlanılması və seçki qutularının məsul şəxslərinin hazırlıq prosesi başa çatıb.

Şayəstə