NATO-nun baş katibi Mark Rütte 21-22 aprel tarixlərində Türkiyəyə səfər edərək Prezident Rəcəb Tayyib Ərdoğanla görüşəcək, lakin jurnalistlərlə ünsiyyətdən çəkinəcək.
Elchi.az xəbər verir ki, bu barədə NATO-nun mətbuat xidməti məlumat yayıb.
“Aprelin 21-22-də NATO-nun baş katibi Mark Rütte Ankaraya səfər edəcək. O, Prezident Rəcəb Tayyib Ərdoğan, xarici işlər və müdafiə nazirləri ilə görüşəcək, həmçinin hərbi-sənaye müəssisəsini ziyarət edəcək. Mətbuat üçün açıqlamalar planlaşdırılmayıb”, — deyə mətbuat xidməti bildirib.
Xarici liderlərin NATO-nun Brüsseldəki mənzil-qərargahına səfərləri zamanı mətbuatla təmasların olmaması tez-tez rast gəlinən hal olsa da, baş katibin xarici səfərləri zamanı belə bir vəziyyətin yaranması olduqca nadir hadisədir.
Məryəm




















