ABŞ qüvvələri tərəfindən ələ keçirilən İran bayraqlı yük gəmisi, sanksiya tətbiq edilmiş İran dövlət gəmiçilik şirkəti ilə əlaqəli donanmanın tərkibində olub və bu yaxınlarda Çin marşrutu üzrə hərəkət edib.
Elchi.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.
Mənbənin məlumatına görə, MV Touska gəmisi potensial hərbi təyinatlı yüklərin daşınmasında ittiham olunan “Islamic Republic of Iran Shipping Lines” (İRISL) şirkətinin törəmə müəssisəsi tərəfindən idarə olunur.
Gəmi ötən ayın sonunda Çinə etdiyi səfərdən sonra İrana doğru istiqamət almışdı.
Məryəm




















