"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home GÜNDƏM

“Rusiyanın müvafiq dövlət orqanları ilə iş aparılmalıdır” – millət vəkili

17 Mart 2026 - 13:03
in GÜNDƏM
FacebookVatsap

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında 2000-ci il 21 iyun tarixli Protokol ilə təsdiq edilmiş “Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsi haqqında Əsasnamə”yə dəyişikliklər edilməsinə dair Protokol”un təsdiq edilməsi barədə qanunun layihəsinin müzakirəsi zamanı fikirlərini bölüşüb.

Bunu da oxuyun

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri görüşüb

YAP-ın ötən dövrdə fəaliyyəti yüksək qiymətləndirilib

Vasif Talıbov YAP-dan çıxarılır

Millət vəkili bildirib:

“Müstəqil Dövlətlər Birliyi (MDB) SSRİ-nin çöküşündən sonra 1991-ci ildə 3 Slavyan Respublikası- Rusiya, Ukrayna və Belarusiya tərəfindən yaradılanda sonradan digər respublikaların böyük bir hissəsi də Müstəqil Dövlətlər Birliyinə qoşuldu. Azərbaycan da 1993-cü ildə MDB-yə qoşuldu. O zaman mərhum Heydər Əliyev Azərbaycanı bu təşkilata üzv qəbul edəndə bu çoxları tərəfindən, elə mənim özüm tərəfimdən də birmənalı qarşılanmamışdı. Ona görə ki, qorxu var idi ki, bu, bizim suverenliyimizə, müstəqilliyimizə hansısa formada mənfi təsir göstərə bilər, yoxsa yox. Amma zaman göstərdi ki, Allah ruhunu şad eləsin, Heydər Əliyevin qərarı çox müdrik və doğru qərar olub.

Bizim MDB-yə daxil olmağımız sonradan dövlət quruculuğu prosesinə öz müsbət təsirini göstərdi və Azərbaycan dinc inkişaf yoluna keçə bildi, biz müstəqil, güclü dövlət qurmaq imkanı əldə elədik. İndi biz bu Protokola dəyişiklik edirik. Mənim üçün anlaşılması çətin olan məqamlar var.

Biz bilirik ki, bu təşkilat Rusiyanın liderliyi ilə yaradılıb. Məsələn, hansı birlikdən söhbət gedir ki, Rusiya bir tərəfdən MDB dövlətlərinin daha sıx inteqrasiyasından, əməkdaşlığından danışır, amma o biri tərəfdən də miqrantlara qarşı orada çox xoşagəlməz bir siyasət yürüdülür. Miqrantlar Rusiyada millətçi kəsim tərəfindən təhqirlərə məruz qalırlar, əmlakları qəsb edilir, hüquq mühafizə orqanları tərəfindən vəsaitləri əllərindən alınır. Amma dövlət səviyyəsində bu prosesin qarşısının alınması üçün lazımi tədbirlər çox təəssüf ki, görülmür.

Ona görə də hörmətli sədr, mən hesab edirəm ki, dövlətlər də insanlar kimidir, bəzən layiq olduqlarından artıq qiymət veriləndə, onlara diqqət göstəriləndə bunu heç də hər zaman düzgün başa düşmürlər. Ona görə də Rusiya ilə açıq danışmaq lazımdır ki, siz doğrudanmı dediyiniz kimi bu MDB dövlətlərinin daha yaxından inteqrasiyasını istəyirsiniz? Miqrantların uşaqlarının təhsil alması ilə bağlı problem yaradılıb. İndi Rusiyaya gedənlər bilirsiniz ki, 4 gün öncədən xüsusi internet portallarda qeydiyyatdan keçməlidirlər. Sonra uşaqları müəyyən yaşa çatandan sonra onların orada qalmaq problemləri ilə bağlı xeyli dərəcədə əlavə maneələr yaradılıb. Bütün bunların hamısına aydınlıq gətirilməlidir. Yəni örtülü bazar, dostluğu pozar. Mən özüm həmişə Rusiya ilə sıx əməkdaşlığın tərəfdarı olmuşam, MDB çərçivəsində daha sıx əməkdaşlığın bu gün də tərəfdarıyam. Hesab edirəm ki, Azərbaycanda bir açılım olmalıdır. Biz hətta Avrasiya məkanında Türkiyə və İranın da daxil olduğu və MDB ölkələrinin iştirakı ilə yeni bir Avrasiya İttifaqı qurmalıyıq ki, orada ümumi bazar yaradılsın, insanlarımız üçün biz biznes mühiti əldə edək, ölkəmiz daha sürətlə inkişaf edə bilsin. Amma hesab edirəm ki, bu məsələlərlə bağlı biz Rusiya ilə ciddi danışıqlar aparmalıyıq”.

Qüdrət Həsənquliyev əlavə edib:

“Elə bu gün səhər mən “Yeni Müsavat” qəzetinin internet portalında oxudum ki, orada bir azərbaycanlı miqrantın əmlakı əlindən necə alınır, o, necə təhqir olunur və s. Bu məsələlərlə bağlı bizim müvafiq dövlət orqanları müəyyən addımlar atmalıdır. İndi rus dili tələbi ilə çıxış edirlər ki, guya bizim oraya tikintidə işləməyə gedən insanlar rus dilini bilməlidir. O biri tərəfdən də mətbuatda oxuyuruq ki, Rusiya Hindistandan, başqa ölkələrdən minlərlə insanları orada əmək bazarına cəlb edir. Hindistandan gələnlər rus dilini bilirlər? Əlbəttə ki, yox. Amma bu məsələlər barədə düşünürəm ki, müvafiq dövlət orqanları Rusiyanın müvafiq dövlət orqanları ilə iş aparmalıdır, həm də bu məsələ MDB çərçivəsində çox ciddi şəkildə qaldırılmalıdır. Yəni dediyim kimi, biz seyrçi mövqe tutmamalıyıq. Mən düzdür, qanun layihəsinə səs verəcəyəm, amma o narahatlıqları da bölüşməyi özümə borc bildim ki, müvafiq dövlət orqanlarımız da bundan nəticə çıxarsınlar”.

Previous Post

Tramp Çinə səfərini TƏXİRƏ SALDI

Next Post

Bakcell Rəqəmsal Sənəd Dövriyyəsi (RSD) sisteminə qoşulub

Bənzər yazılar

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri görüşüb

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri görüşüb

05 Oktyabr 2026 - 18:57

​Bakıda Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin və Gürcüstan Müdafiə Nazirliyinin Strateji Kommunikasiyalar və İctimaiyyətlə Əlaqələr Departamentinin nümayəndələri...

YAP-ın ötən dövrdə fəaliyyəti yüksək qiymətləndirilib

YAP-ın ötən dövrdə fəaliyyəti yüksək qiymətləndirilib

02 Oktyabr 2026 - 14:51

Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov YAP-ın VII qurultayından sonrakı dövrdə fəaliyyəti barədə hesabat...

Vasif Talıbov YAP-dan çıxarılır

Vasif Talıbov YAP-dan çıxarılır

02 Oktyabr 2026 - 14:21

Xəbər verdiyimiz kimi, bu gün hakim Yeni Azərbaycan Partiyasının qurultayı keçirilir. Elchi.az Teleqraf-a istinadla xəbər verir ki, qurultayda Naxçıvan Muxtar...

Prezident: Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır

Prezident: Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır

02 Oktyabr 2026 - 13:34

Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır. Elchi.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VIII...

Next Post
Bakcell Rəqəmsal Sənəd Dövriyyəsi (RSD) sisteminə qoşulub

Bakcell Rəqəmsal Sənəd Dövriyyəsi (RSD) sisteminə qoşulub

Azərbaycanda süni yumurta satılır? – Bu yolla ayırmaq olar

Azərbaycanda süni yumurta satılır? - Bu yolla ayırmaq olar

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Ötən ay yaşa görə aylıq sosial müavinət alanların sayı açıqlanıb

Ötən ay yaşa görə aylıq sosial müavinət alanların sayı açıqlanıb

06 Oktyabr 2026 - 12:18
“Aqrar sahə haqqında” qanun layihəsi hazırlanıb

“Aqrar sahə haqqında” qanun layihəsi hazırlanıb

06 Oktyabr 2026 - 12:10
Nepalda ölümcül daşqınlar: 5200-dən çox insan hələ də itkin düşmüş hesab olunur!

Nepalda ölümcül daşqınlar: 5200-dən çox insan hələ də itkin düşmüş hesab olunur!

06 Oktyabr 2026 - 11:55
Qubada 19 kq narkotik aşkarlanıb

Qubada 19 kq narkotik aşkarlanıb

06 Oktyabr 2026 - 11:55
Azərbaycan Kubokunun I təsnifat mərhələsinin hakimləri açıqlandı

Azərbaycan Kubokunun I təsnifat mərhələsinin hakimləri açıqlandı

06 Oktyabr 2026 - 11:40
Azərbaycan və Qazaxıstan Xəzərin dibi ilə fiber-optik kabel xəttin çəkilişini bu ay başa çatdıracaq

Azərbaycan və Qazaxıstan Xəzərin dibi ilə fiber-optik kabel xəttin çəkilişini bu ay başa çatdıracaq

06 Oktyabr 2026 - 11:32
Sanksiya tətbiq edilmiş tankerlərlə Cənubi Koreyadan Rusiyaya yanacaq daşınır

Sanksiya tətbiq edilmiş tankerlərlə Cənubi Koreyadan Rusiyaya yanacaq daşınır

06 Oktyabr 2026 - 11:26
Gənclər arasında xərçəng halları artır

Gənclər arasında xərçəng halları artır

06 Oktyabr 2026 - 11:17
Alimlər əvvəl heç vaxt görülməmiş bir planet aşkar ediblər

Alimlər əvvəl heç vaxt görülməmiş bir planet aşkar ediblər

06 Oktyabr 2026 - 11:08
Nyu-Yorkda ştat miqyasında fövqəladə vəziyyət elan edilib

Nyu-Yorkda ştat miqyasında fövqəladə vəziyyət elan edilib

06 Oktyabr 2026 - 10:56
Ağciyər taunu nədir və nə dərəcədə təhlükəlidir?

Ağciyər taunu nədir və nə dərəcədə təhlükəlidir?

06 Oktyabr 2026 - 10:46
Azərbaycan-Almaniya Biznes Şurasının təsis görüşü noyabrda keçiriləcək

Azərbaycan-Almaniya Biznes Şurasının təsis görüşü noyabrda keçiriləcək

06 Oktyabr 2026 - 10:33
Yük gəmisinə dron hücumunda 3 Azərbaycan vətəndaşı xəsarət alıb

Yük gəmisinə dron hücumunda 3 Azərbaycan vətəndaşı xəsarət alıb

06 Oktyabr 2026 - 10:24
XİN: Qara dənizdə yük gəmisinə dron hücumunda Azərbaycan vətəndaşı həlak olub, daha bir nəfər itkin düşüb

XİN: Qara dənizdə yük gəmisinə dron hücumunda Azərbaycan vətəndaşı həlak olub, daha bir nəfər itkin düşüb

06 Oktyabr 2026 - 10:16
Yol polisi hava ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib

Yol polisi hava ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib

06 Oktyabr 2026 - 10:09
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.