ABŞ prezidenti Donald Tramp Çinə səfərini təxirə salıb.
Elchi.az bu barədə “Reuters”ə istinadən xəbər verir.
“Müharibə səbəbindən mən burada olmaq istəyirəm. Hiss edirəm ki, burada olmaq məcburiyyətindəyəm. Ona görə də səfərin təxminən bir aya təxirə salınmasını xahiş etdik”, – deyə Tramp bildirib.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-dən İran ərazisinə hücum edərək dağıntılara və insan tələfatına səbəb olub. Buna cavab olaraq İran İsrailə və ABŞ-ın bölgədəki hərbi bazalarına raket zərbələri endirib. İsrail və ABŞ-ın hücumlarında İranın ali dini lideri Ayətullah Əli Seyid Xamenei və digər yüksək rütbəli məmurlar da həlak olub.
Yeganə





















