Rusiya və İranın mərkəzi bankları ölkələr arasında maliyyə və bank əməliyyatlarının asanlaşdırılması sahəsində əməkdaşlıq haqqında saziş imzalayıblar.
Elchi.az bu barədə Vesti.ru-ya istinadən xəbər verir.
İran Mərkəzi Bankının sədri Məhəmməd Rza Fərzin Rusiya Federasiyası Mərkəzi Bankı ilə birgə fəaliyyətə dair sənədin həyata keçirilməsinin vacibliyini vurğulayıb:
“İran və Rusiya bankları arasında birbaşa əlaqə yaradılıb, ölkəmiz birbaşa 106 xarici bankla əlaqələrə malikdir”.
Fərzin İran və Rusiya arasında pul və bank əməkdaşlığının gücləndirilməsini alqışlayıb və deyib:
“İran Mərkəzi Bankı Rusiya və digər qonşu ölkələrlə yüksək səviyyəli ikitərəfli pul və bank əlaqələrini qoruyub saxlamağa hazırdır ki, bu da iqtisadi və ticarət mübadilələrinin artırılmasına kömək edəcək.
İki ölkə arasında münasibətlərin birgə fəaliyyət sənədinin həyata keçirilməsi əsasında ikitərəfli əməkdaşlıq üçün aydın iqtisadi perspektivlər var.
Yeganə