“Fars körfəzində artan qeyri-sabitlik fonunda qlobal neft bazarlarında vəziyyət sürətlə pisləşir”.
Elchi.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
Peskov vurğulayıb ki, Səudiyyə Ərəbistanında əsas neft kəmərinin sıradan çıxması qlobal xam neft təchizatının 4%-dən çoxunun bazardan itirilməsinə səbəb olub.
Bundan əlavə, o qeyd edib ki, bu qədər böyük həcmdə neftin itirilməsi son dərəcə narahatedici amildir və qaçılmaz olaraq ciddi narahatlıq doğurur.
Yeganə





















