İran Avstriyanın diplomatik missiyasının rəhbərini çağıraraq, İranın vitse-prezidenti və Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslamiyə viza verilməməsi ilə bağlı sərt etirazını bildirib.
Elchi.az xəbər verir ki, “Fars News”un məlumatına görə, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai məlumat verib.
O, həftəlik mətbuat konfransında deyib: “Beynəlxalq hüquqa əsasən, onlar İran nümayəndə heyətinə viza verməli idilər. Biz dərhal tədbir gördük və etirazımızı bildirmək üçün Avstriyanın müvəqqəti işlər vəkilini çağırdıq”.
Bağayinin sözlərinə görə, Vyananın Vaşinqtonun təzyiqi altında viza verməkdən imtina etməsi Avstriyanı məsuliyyətdən azad etmir. O, həmçinin Avstriyanın hərəkətlərini əsassız adlandırıb. Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) yerləşdiyi ölkə kimi, Avstriya İran nümayəndə heyətinə viza verməyə borcludur.
Daha əvvəl “Bloomberg” agentliyi bir mənbəyə istinadən xəbər vermişdi ki, Avstriya rəsmiləri ABŞ-ın tələbi ilə İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslamiyə ölkəyə giriş icazəsi verməyib; nəticədə o, BAEA-nın Baş Konfransında çıxış edə bilməyəcək.
Yeganə





















