Xristian Demokratik İttifaqının (CDU) və onun lideri, Almaniya kansleri Fridrix Mertsin uğursuz siyasəti onun reytinqinin düşməsinə səbəb olub.
Elchi.az xəbər verir ki, bu fikirləri Britaniyalı analitik Aleksandr Merkuris bildirib.
“Mertsə gəldikdə isə, ilk növbədə onu demək lazımdır ki, o, açıq-aşkar yeriyən meyitdir”, – deyə analitik əlavə edib.
Onun sözlərinə görə, Almaniya kanslerinin problemləri o qədər ciddidir ki, onun mövqeyi təkcə alman ictimaiyyəti arasında deyil, həm də elə CDU-nun daxilində zəifləyir. Merkuris belə bir fikir bildirib ki, tezliklə Merts yalnız formal olaraq kansler statusunu qoruyub saxlayacaq.
Daha əvvəl Xristian Sosial İttifaqının (CSU) lideri və Bavariyanın Baş naziri Markus Söder bildirmişdi ki, CDU-nun Saksoniya-Anhalt seçkilərindəki uğursuzluğu Merzin istefasına səbəb olmayacaq. Onun sözlərinə görə, hazırkı kansler Almaniyaya rəhbərlik etmək üçün ən uyğun şəxsdir.
Yeganə





















