"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Xırdalandan Bakıya gedənlərə ŞAD XƏBƏR – vaxt qısalır

14 Sentyabr 2026 - 14:30
in CƏMİYYƏT
FacebookVatsap

Sentyabrın 15-dən Xırdalan–Bakı istiqamətində qatarların hərəkət vaxtı qısaldılacaq.

Bunu da oxuyun

Azərbaycanda bu şəxslərin evlənməsi qadağandır – Siyahı

Bu məktəblərdə dərslər onlayn olacaq – SİYAHI

Bulvara giriş-çıxış məhdudlaşdırılır

Bu barədə Elchi.az-a “Azərbaycan Dəmir Yolları”ndan (ADY) məlumat verilib.

Bildirilib ki, yeni hərəkət cədvəlinin tətbiqi ilə qatarların yolda olma müddəti 35 dəqiqəyə endiriləcək.

“Hazırda Xırdalan–Biləcəri sahəsində infrastrukturun yenilənməsi çərçivəsində dəmiryol körpüsünün təmiri ilə əlaqədar həmin istiqamətdə səfər müddəti 45 dəqiqə təşkil edir. Bu dəyişiklik sərnişinlərə vaxtlarına qənaət etməyə və səfərlərini daha rahat planlaşdırmağa imkan verəcək. Körpünün bərpası başa çatdıqdan sonra sözügedən istiqamət üzrə sürət həddi bir qədər də artırılacaq, yəni Bakı–Xırdalan istiqaməti üzrə səfər müddəti əvvəlki qaydada 26 dəqiqə təşkil edəcək, eyni zamanda, Xırdalan–Sumqayıt xətti üzrə sərnişin daşımaları bərpa ediləcək”, – məlumatda qeyd olunub.

Yeni qrafikə əsasən, Bakı–Xırdalan–Bakı marşrutu ilə reyslərin sayı 26-dan 32-yə çatdırılıb, o cümlədən Xırdalan istiqamətində sərnişin axını nəzərə alınaraq səhər saatlarında 2 reys artırılıb. Həmçinin Bakı–Xırdalan istiqamətində saat 20:30 reysi əlavə olunub. Ümumilikdə, şəhərətrafı qatarların gündəlik reys sayı artırılaraq 90-dan 96-ya çatdırılıb.

Bundan başqa, sərnişinlərin rahatlığı üçün turniketlərdə təmassız ödəniş imkanları da genişləndirilib. Hazırda “Visa” ilə yanaşı, “Mastercard” kartları ilə də NFC vasitəsilə gediş haqqını ödəmək mümkündür.

Bank kartları üzrə gediş haqqı ödənişləri artıq səyahətin həyata keçirildiyi gün hesabdan çıxılır. Bu yanaşma ödəniş prosesinin daha rahat və şəffaf təşkilinə xidmət edəcək.

Elektron ödəniş imkanlarının artırılması istiqamətində Bakı və Sabunçu vağzalları, Pirşağı, Xırdalan, Koroğlu, Bakıxanov, Məmmədli və Dərnəgül stansiya və dayanacaqlarındakı turniketlərdə bank kartı ilə keçid üçün əlavə 58 validator quraşdırılıb. Bu yenilik sərnişinlərin alternativ ödəniş vasitələrindən daha geniş istifadəsinə şərait yaradacaq.

Səyahət imkanlarının daha da yaxşılaşdırılması məqsədilə növbəti mərhələdə SİMA Pay – üztanıma ilə ödəniş terminallarının sayının artırılması nəzərdə tutulur.

Həyata keçirilən tədbirlər dəmir yolu nəqliyyatında xidmət səviyyəsinin yüksəldilməsinə, sərnişinlərin rahatlığının artırılmasına və müasir rəqəmsal həllərin tətbiqinin genişləndirilməsinə yönəlib.

Previous Post

Hakan Fidan Azərbaycana səfər edəcək

Next Post

Bakı vağzalında sərnişinlər üçün yeni dəyişiklik

Bənzər yazılar

Azərbaycanda bu şəxslərin evlənməsi qadağandır – Siyahı

Azərbaycanda bu şəxslərin evlənməsi qadağandır – Siyahı

22 Sentyabr 2026 - 13:30

Ailə cəmiyyətin əsas özəyidir və hər bir vətəndaşın ailə qurmaq hüququ konstitusiya ilə təsbit olunub. Elchi.az yenisabah.az-a istinadən xəbər verir...

Bu məktəblərdə dərslər onlayn olacaq – SİYAHI

Bu məktəblərdə dərslər onlayn olacaq – SİYAHI

22 Sentyabr 2026 - 13:09

Formula 1 üzrə Azərbaycan Qran-Prisinin keçirilməsi ilə əlaqədar Bakı Şəhər Halqasının əhatə etdiyi prospekt və küçələrdə nəqliyyatın hərəkətinin 2026-cı il...

Bulvara giriş-çıxış məhdudlaşdırılır

Bulvara giriş-çıxış məhdudlaşdırılır

22 Sentyabr 2026 - 12:52

"Formula-1" Azərbaycan Qran-prisi ilə əlaqədar 22 sentyabr saat 16:00-dan etibarən Dənizkənarı Milli Parkın Azneft meydanından Dəniz Vağzalına qədər olan hissəsinə...

Yanvar-avqust aylarında əlilliyi olan 100 min şəxsə reabilitasiya xidmətləri göstərilib

Yanvar-avqust aylarında əlilliyi olan 100 min şəxsə reabilitasiya xidmətləri göstərilib

22 Sentyabr 2026 - 12:28

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi bu ilin yanvar-avqust aylarında əlilliyi olan 100 min şəxsi reabilitasiya...

Next Post
Bakı vağzalında sərnişinlər üçün yeni dəyişiklik

Bakı vağzalında sərnişinlər üçün yeni dəyişiklik

Serbiya prezidentindən İlham Əliyevlə bağlı xoş sözlər

Serbiya prezidentindən İlham Əliyevlə bağlı xoş sözlər

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Azərbaycanda bu şəxslərin evlənməsi qadağandır – Siyahı

Azərbaycanda bu şəxslərin evlənməsi qadağandır – Siyahı

22 Sentyabr 2026 - 13:30
Formula 1-də qaydalar dəyişir – Məsafə qısaldılacaq

Formula 1-də qaydalar dəyişir – Məsafə qısaldılacaq

22 Sentyabr 2026 - 13:18
Bu məktəblərdə dərslər onlayn olacaq – SİYAHI

Bu məktəblərdə dərslər onlayn olacaq – SİYAHI

22 Sentyabr 2026 - 13:09
Ukraynada müharibənin tezliklə başa çatacağı proqnozlaşdırılır

Ukraynada müharibənin tezliklə başa çatacağı proqnozlaşdırılır

22 Sentyabr 2026 - 13:00
Bulvara giriş-çıxış məhdudlaşdırılır

Bulvara giriş-çıxış məhdudlaşdırılır

22 Sentyabr 2026 - 12:52
Prezident Forum iştirakçılarına müraciət etdi

Prezident Forum iştirakçılarına müraciət etdi

22 Sentyabr 2026 - 12:48
Mərkəzi Bankı “Rabitəbank”la bağlı sərəncam verdi

Mərkəzi Bankı “Rabitəbank”la bağlı sərəncam verdi

22 Sentyabr 2026 - 12:39
Yanvar-avqust aylarında əlilliyi olan 100 min şəxsə reabilitasiya xidmətləri göstərilib

Yanvar-avqust aylarında əlilliyi olan 100 min şəxsə reabilitasiya xidmətləri göstərilib

22 Sentyabr 2026 - 12:28
Ölkədə hava şəraiti əsasən yağmursuz keçib – FAKTİKİ HAVA

Sabahın hava proqnozu

22 Sentyabr 2026 - 12:19
İlham Əliyev istilik təchizatı ilə bağlı fərman imzaladı

Prezidentin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirə keçirilib

22 Sentyabr 2026 - 12:07
DYP: Tələblərə cavab verməyən kənd təsərrüfatı texnikaları yol qəzalarına şərait yaradır

DYP: Tələblərə cavab verməyən kənd təsərrüfatı texnikaları yol qəzalarına şərait yaradır

22 Sentyabr 2026 - 11:56
Pezeşkiandan BMT-yə “etimadsızlıq” mesajı

Pezeşkiandan BMT-yə “etimadsızlıq” mesajı

22 Sentyabr 2026 - 11:49
Müdafiə Sənayesi Nazirliyi: Yeni texnologiyaların inkişafına üstünlük veririk

Müdafiə Sənayesi Nazirliyi: Yeni texnologiyaların inkişafına üstünlük veririk

22 Sentyabr 2026 - 11:40
Alimlər ilk dəfə ekzoplanetdən gələn radio siqnallarını aşkar edib

Alimlər ilk dəfə ekzoplanetdən gələn radio siqnallarını aşkar edib

22 Sentyabr 2026 - 11:34
ABŞ Ukraynanı əslində kimin idarə etdiyini açıqlayıb

ABŞ Ukraynanı əslində kimin idarə etdiyini açıqlayıb

22 Sentyabr 2026 - 11:21
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.