"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Qərbi Azərbaycan Xronikası: “Gedib oranın daşını, divarını, torpağını öpərəm…” – VİDEO

02 İyun 2023 - 23:59
in XƏBƏR LENTİ
FacebookVatsap

Bu gün Baku TV-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində hazırlanan “Həyat hekayəsi” verilişinin növbəti buraxılışı efirə gedib.

Bunu da oxuyun

Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib – VİDEO

Əraqçi İranın ABŞ-yə göndərdiyi şərtləri açıqlayıb

Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib

Jurnalist Əsgər İbrahimovun müəllifi olduğu verilişin bugünkü buraxılışı Qərbi Azərbaycandan deportasiya edilmiş, Ağbaba mahalının Amasiya rayonunun Güllücə kənd sakini Gülnarə Əliyevanın “Həyat Hekayəsi”nə həsr olunub.

O, vaxtilə yaşadığı Arpa çayı sahilində yerləşən kəndi barədə kövrələ-kövrələ danışıb:

“Mən oradan 15 yaşında çıxmağıma baxmayaraq, həmişə oranı xatırlayanda çox kövrəlirəm. Biz orada çox gözəl, çox xoşbəxt yaşayırdıq. Bizim kəndimiz azərbaycanlı kəndi idi. Orada bizə ermənilər türk kimi çox nifrətlə baxırdılar”.

G.Əliyeva özünün yaşadığı və yaşlı nəslin nümayəndələrinin erməni zülmü barədə danışdığı hadisələrdən söz açıb:

“Nənə-babalarımız danışırdılar ki, o vaxt ermənilər gəlib bizim qızlarımıza, gəlinlərimizə, cavan oğlanlarımıza nə qədər zülmlər ediblər. Yəni bizim yaşlılarımız gözəl qızlarımızı təndirdə, qalaqların içində gizlədiblər. Masisdə bizim azərbaycanlıların oğlan-qız toyunda oğlan başı kəsiblər. Yəni belə vəhşilikləri eşidirdik.

Onun sözlərinə görə, 1988-ci il iyunun 10-da ilk qaçaqaç düşüb:

“Kəndə xəbər gəldi ki, rayonda katibi vurublar, bıçaqlayıblar, ermənilər bütün kəndlərə gəlir, qırğındır. Əslində, onlar bizdən çox qorxurdular, bizə türk deyirdilər. Elə bilirdilər biz hamımız silahlıyıq. Amma bu xəbər necəsə yayılmışdı. Yağış yağırdı, axşama doğru idi. Çox güclü dolu yağmağa başladı. Bu xəbər gələndə mən özümü itirdim, nə edəcəyimi bilmədim. Biz böyük ailə idik, ailədə 8 uşaq idik. Mən ayaqyalın, başıaçıq qaça-qaça çayı keçməyə çalışdım. Çay çox gur gəlirdi. Bütün uşaqlar, böyük, ata-ana bir-birini heç tapa bilmirdi. Biz sərhədə doğru, Türkiyə sərhədinə doğru qaçmağa başladıq. Yolda maşınlar götürə bildiklərini, yaşlıları götürdü. Dağlarda çayırlıq var idi. Biz heç nəyi fikirləşmədən gedirdik. Sonra bizi yoldan geri qaytardılar. Əsgərlər gəldi, bizi qaytardılar və dedilər, narahat olmayın. Dağın başında Ellər kəndi var idi, bizi ora yığdılar. Bizi əsgərlər orada qorumağa başladılar. Heç yadımdan çıxmır, gecəni heç yatmadıq. Səhərədək biz rayonun yoluna baxanda bütün maşınlar orada dayanmışdı”.

O, Vətən həsrətinin tezliklə bitəcəyini və doğma kəndinə qovuşacağını söyləyib:
“İnşallah o günləri biz yaşayarıq. Ən birinci Allahımız bizə yaşadar. Sonra elə Prezidentimizin köməyi ilə öz millətimiz, öz gücümüzlə bunu yaşayarıq. Dua edirəm ki, Allah bizə o günləri yaşatsın. İnşallah gücümüz yerindəykən biz gedə bilərik ora və biz orada yaşaya bilərik. Mən gedib oranın daşını, divarını, torpağını, hər şeyini öpərəm…”

Onun nəvəsi Ümid Səmədov Bakıda doğulub böyüsə də, nənəsinin yurduna getmək istəyini belə ifadə edib:

“Mən Türkiyəyə getmişdim. Oradan da dağa çıxdım, nənəmin kəndinə baxdım. Mən də istəyirəm oraya gedim….”

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Daha ətraflı süjetdə:

Previous Post

Qərbi Azərbaycan Xronikası: “Gedib oranın daşını, divarını, torpağını öpərəm…” – VİDEO

Next Post

Arazdəyən-Horadiz dəmir yolu ilə bağlı anlaşma oldu

Bənzər yazılar

Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib – VİDEO

Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib – VİDEO

03 Noyabr 2026 - 16:12

Azərbaycan Respublikası müdafiə nazirinin 2026-cı il təsdiq etdiyi tədbirlər planına əsasən, hərbi pilotlarımızla təlim-məşq uçuşları icra edilib. Müdafiə Nazirliyindən Elchi.az-a...

Əraqçi İranın ABŞ-yə göndərdiyi şərtləri açıqlayıb

Əraqçi İranın ABŞ-yə göndərdiyi şərtləri açıqlayıb

02 Noyabr 2026 - 23:12

ABŞ və İran arasında mümkün danışıqlarının gündəliyi Tehranın daha əvvəl təklif etdiyi yeddi günlük planın şərtlərindən ibarətdir. Elchi.az xəbər verir...

Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib

Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib

02 Noyabr 2026 - 23:09

Türkiyədə 5,1 maqnitudalı zəlzələ olub. Elchi.az xəbər verir ki, bu barədə Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb....

“Qarabağ” ev oyunlarını yenidən “Azersun Arena”da keçirəcək

“Qarabağ” ev oyunlarını yenidən “Azersun Arena”da keçirəcək

02 Noyabr 2026 - 21:40

"Qarabağ" futbol klubunun ev oyunlarını keçirdiyi "Azersun Arena"nın ot örtüyündə renovasiya işləri aparılıb. Bu barədə Elchi.az Ağdam təmsilçisinin mətbuat xidmətindən...

Next Post
Arazdəyən-Horadiz dəmir yolu ilə bağlı anlaşma oldu

Arazdəyən-Horadiz dəmir yolu ilə bağlı anlaşma oldu

Arazdəyən-Horadiz dəmir yolu ilə bağlı anlaşma oldu

Arazdəyən-Horadiz dəmir yolu ilə bağlı anlaşma oldu

Son xəbərlər

Zelenski Putinə zəng edib-etməyəcəyi ilə bağlı suala cavab verib

Zelenski Putinə zəng edib-etməyəcəyi ilə bağlı suala cavab verib

03 Noyabr 2026 - 18:47
Tramp İsrailə 4 milyard dollarlıq yardımın dayandırıldığını elan etdi

Tramp İsrailə 4 milyard dollarlıq yardımın dayandırıldığını elan etdi

03 Noyabr 2026 - 18:14
İran: Hörmüzqan əyalətində ABŞ-a məxsus 2 pilotsuz uçuş aparatını vurduq

İran: Hörmüzqan əyalətində ABŞ-a məxsus 2 pilotsuz uçuş aparatını vurduq

03 Noyabr 2026 - 17:55
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib

Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib

03 Noyabr 2026 - 17:45
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndə heyətlərini qəbul edəcək

Melaniya Tramp Rusiya və Ukrayna nümayəndə heyətlərini qəbul edəcək

03 Noyabr 2026 - 17:34
Polşanın iki hava limanında bomba xəbərdarlığı

Polşanın iki hava limanında bomba xəbərdarlığı

03 Noyabr 2026 - 17:26
ABŞ-da həlledici gün: Aralıq seçkilərdə səsvermə başlayır

ABŞ-da həlledici gün: Aralıq seçkilərdə səsvermə başlayır

03 Noyabr 2026 - 17:12
“Kənd təsərrüfatı sahəsində yüksək ixtisaslı kadrlara böyük ehtiyac var”-Qüdrət Həsənquliyev

“Kənd təsərrüfatı sahəsində yüksək ixtisaslı kadrlara böyük ehtiyac var”-Qüdrət Həsənquliyev

03 Noyabr 2026 - 17:09
NATO nümayəndələri Ukraynadakı müharibəyə son qoyulmasını müzakirə etmək üçün Brüsseldə müttəfiqlərlə görüşəcəklər

NATO nümayəndələri Ukraynadakı müharibəyə son qoyulmasını müzakirə etmək üçün Brüsseldə müttəfiqlərlə görüşəcəklər

03 Noyabr 2026 - 16:57
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib – SƏRƏNCAM

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib – SƏRƏNCAM

03 Noyabr 2026 - 16:40
Prezident Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsini və strukturunu təsdiqləyib

Prezident Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsini və strukturunu təsdiqləyib

03 Noyabr 2026 - 16:31
ADY yükgöndərənlərlə açıq dialoqu gücləndirir

ADY yükgöndərənlərlə açıq dialoqu gücləndirir

03 Noyabr 2026 - 16:25
Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib – VİDEO

Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib – VİDEO

03 Noyabr 2026 - 16:12
Mərkəzi Bankın valyuta ehtiyatları 15,4 mlrd. dolları ötüb

Mərkəzi Bankın valyuta ehtiyatları 15,4 mlrd. dolları ötüb

03 Noyabr 2026 - 12:29
Dövlət sərhədini pоzduqlarına görə 40 əcnəbi tutulub

Dövlət sərhədini pоzduqlarına görə 40 əcnəbi tutulub

03 Noyabr 2026 - 12:20
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.