"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

Qüdrət Həsənquliyev: “Öz dövlətinə qarşı çıxmaq murdarlıqdı”

15 Sentyabr 2022 - 15:34
in MANŞET
FacebookVatsap

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev xalqcebhesi.az saytının sorğusunu cavablandırıb. Elchi.az sorğunu və BAXCP sədrinin cavabını oxuculara təqdim edirik:

Bunu da oxuyun

Tramp: İrana bombardmanlar bərpa oluna bilər

Kreml ABŞ-a müraciət edib

Trampdan ağcaqanadlarla bağlı FƏRMAN

  • Qüdrət bəy, “müxalifət”in əzbərçi şagirdi, o cümlədən onunla birlikdə ermənipərəst dairələrdən qidalanan bəzi şəxslər iki gündür yorulmadan cəmiyyətə mesaj, iqtidra suallar ünvanlayırlar ki, “bəs deyirdiniz münaqişə bitib, Ermənistan kapitulyasiya edib, yaxud heç nəyə nail olmadan 50 şəhid vermişik, Rusiyanın oyunlarında iştirak edirik” və s. Bu qəbildən olan iddialara münasibətiniz necədir?
  • Kapitulyasiya sözünün mənasını bilməyən adamlar siyasətlə məşğul olmamalıdır. Kapitulyasiya münaqişə tərəflərindən məğlub olanın qalib tərəfin şərtlərini qəbul etməsi şərti ilə müharibənin dayandırılmasıdır. 10 noyabr 2020-ci ildə Ermənistan Azərbaycanın şərtlərini qəbul edib atəşkəs haqqında sazişə imza atdığından həmin sənədi kaputilyasiya aktı da adlandırmaq olar. Belə bir sənədin imzalanması ilə münaqişə bitmiş hesab olunur. Ona görə də Azərbaycan münaqişənin bitmiş elan etdi. Məhz bu səbəbdən, atəşkəs haqqında saziş imzalanandan sonra Rusiya prezidenti Vladimir Putin də kameralar qarşısında Rusiya rəsmi şəxslərinə göstəriş verdi ki, bundan sonra münaqişə sözünü işlətməyin. Amma Ermənistan həm də bölgənin sabitliyində maraqlı olmayan kənar güclərin təsiri ilə sazişin şərtlərini yerinə yetirməkdən yayınmağa, münaqişənin davam etməsinə dair beynəlxalq ictimaiyyətdə fikir formalaşdırmağa çalışır, sülh sazişi imzalamaqdan boyun qaçırır. Bu işdə sapı bizdən olan bəzi elementlər də iştirak edir. Şəhidlərimiz gələcək nəsillər naminə Ermənistanı sülhə məcbur etmək, torpaqlarımızı azad etmək üçün həyatlarını qurban verirlər. Birinci Qarabağ savaşında 11 min 557 şəhid verdik, amma 20% torpaqlarımız işğal olundu. Onda deməliyik ki, heç nəyə nail olmadıq, amma bu qədər şəhid verdik. İqtidara nifrət və xarici asılılıq bu adamları rəzil edib. 13-14 sentyabrda Azərbaycan ordusu təxribatlara cavab verib və əks hücumla demarkasiya olunmamış sərhəddə bir neçə strateji yüksəkliyi ələ keçirib, sərhəddə qüvvə toplayan erməni hərbi birləşmələrinə ağır zərbə endirib. Bunlar uğur deyil, bəs nədir? Azərbaycan Ermənistanı bir daha başa saldı ki, təxribatlara son qoymalı, Azərbaycanın ərazi bütövlüyünü tanımaqla sülh sazişi imzalamalı, 10 noyabr sazişinin bütün şərtlərini yerini yetirməli, Zəngəzur dəhlizinin açılmasına mane olmamalıdır.

Rusiyanın oyunlarında iştirak məsələsinə gəldikdə isə, onu deyə bilərəm ki, bunlar hamısı cəfəngiyatdır. Mərhum Prezident Heydər Əliyev Sov.İKP MK-nın Siyasi Bürosunun üzvü olduğundan və Gəncədə baş vermiş hərbi qiyam nəticəsində hakimiyyətə gəldiyindən onu Rusiyanın maraqlarına xidmət edən şəxs kimi təqdim etmək istəyirlər. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları, Milli Şuranın sədri Əlimərdan bəy Topçubaşov və Baş nazir Fətəli xan Xoyski də Rusiya Dövlət Dumasının üzvləri olmuşdular. Məgər buna görə onların vətənpərvərliyini şübhə altına almaq olar? Yaxud necə ola bilər ki, Rusiyaya xidmət edən şəxsi mərhum prezident Elçibəy bu gün bu cür ittihamlarla çıxış edənlərin də razılığı ilə hakimiyyətə dəvət etsin. Heydər Əliyev Rusiyanın adamı kimi hakimiyyətə gətirilmişdisə necə oldu ki, onun devrilməsi üçün Azərbaycanın daha 5 rayonu işğal olundu, Azərbaycanda yeni qiyamlar təşkil edildi. Həmin vaxt Rusiyanın prezidenti olan gorbagor Yeltsin öz xatirələrində yazırdı ki, Heydər Əliyevin Siyasi Bürodan uzaqlaşdırılması üçün o, əli dinc insanların qanına batmış, bu günlərdə cəhənnəmə vasil olmuş Qorbaçova təzyiq edib. Hər zaman hər kəsi tənqid etmək olar, amma Azərbaycanın dirçəlməsində və müstəqilliyinin təmin olunmasında müstəsna rol oynamış tansmilli korporasiyalarla neft kontraktlarını və neft-qaz kəmərlərini Heydər və İlham Əliyevlər imzalayıb, icrasını təmin etməyiblərmi? Bəs Türkiyə və Azərbaycan Silahlı Qüvvələrini faktiki birləşdirən Şuşa Bəyannaməsini kim imzalayıb? Bu barədə xarici ekspertlərin şərhlərini sözsüz ki, kin-küdurətdən kor olmuşlar oxuya bilməzlər.

Azərbaycanda həllini gözləyən problemlər var. Buna görə iqtidarı tənqid etmək, alternativlər təqdim etmək lazımdır, amma iqtidarı gözdən salmaq üçün rəqibinə böhtan atmaq, öz dövlətinə qarşı çıxmaq sadəcə murdarlıqdı.

Previous Post

Qüdrət Həsənquliyev: “Öz dövlətinə qarşı çıxmaq murdarlıqdı”

Next Post

Rusiyaya qarşı sanksiyaları tanımırıq – Rəisi

Bənzər yazılar

Tramp: İrana bombardmanlar bərpa oluna bilər

Tramp: İrana bombardmanlar bərpa oluna bilər

01 Oktyabr 2026 - 17:12

ABŞ Prezidenti Donald Tramp noyabrda Konqresə keçiriləcək aralıq seçkilərdən sonra İrana qarşı bombardmanların bərpa ediləcəyini və gücləndiriləcəyini istisna etməyib. Elchi.az...

Kreml ABŞ-a müraciət edib

Kreml ABŞ-a müraciət edib

01 Oktyabr 2026 - 16:00

"Rusiya ABŞ-ı Ukraynadakı münaqişənin həllini gözləmədən iqtisadi əlaqələri bərpa etməyə çağırır". Elchi.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat...

Trampdan ağcaqanadlarla bağlı FƏRMAN

Trampdan ağcaqanadlarla bağlı FƏRMAN

01 Oktyabr 2026 - 15:00

ABŞ Prezidenti Donald Tramp 2028-ci ilə qədər Vaşinqtonda ağcaqanad populyasiyasının 90 faiz azaldılması barədə göstəriş verib. Elchi.az xəbər verir ki,...

Azərbaycanın müdafiə sənayesi yeni imkanlara yol açır

Azərbaycanın müdafiə sənayesi yeni imkanlara yol açır

01 Oktyabr 2026 - 13:17

Azərbaycan təhlükəsizliyini tam təmin etməyi bacaran ölkələr sırasında öz layiqli yerini qoruyur. 44 günlük Vətən müharibəsində dünya ölkəmizin hərbi imkanlarının,...

Next Post
Rusiyaya qarşı sanksiyaları tanımırıq – Rəisi

Rusiyaya qarşı sanksiyaları tanımırıq - Rəisi

Rusiyaya qarşı sanksiyaları tanımırıq – Rəisi

Rusiyaya qarşı sanksiyaları tanımırıq - Rəisi

Son xəbərlər

Kürdəmirdə 92 nəfərin zəhərləndiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb

Kürdəmirdə 92 nəfərin zəhərləndiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb

01 Oktyabr 2026 - 19:25
Baş Prokurorluq: Hərbi hissəni özbaşına tərk edən Azərbaycan hərbçisi Ermənistanda saxlanılıb, cinayət işi açılıb

Baş Prokurorluq: Hərbi hissəni özbaşına tərk edən Azərbaycan hərbçisi Ermənistanda saxlanılıb, cinayət işi açılıb

01 Oktyabr 2026 - 19:12
Niderland İraqda İŞİD-ə qarşı 12 illik hərbi missiyasını yekunlaşdırıb

Niderland İraqda İŞİD-ə qarşı 12 illik hərbi missiyasını yekunlaşdırıb

01 Oktyabr 2026 - 19:00
Azərbaycanın “Avroviziya 2027”də iştirakı ilə bağlı qərar

Azərbaycanın “Avroviziya 2027”də iştirakı ilə bağlı qərar

01 Oktyabr 2026 - 18:52
“Bavariya” Noyerə alternativ axtarır

“Bavariya” Noyerə alternativ axtarır

01 Oktyabr 2026 - 18:44
Hikmət Hacıyev: Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır

Hikmət Hacıyev: Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır

01 Oktyabr 2026 - 18:31
Himalayda dəhşətli uçqun: Ölənlərin sayı 15-ə çatdı

Himalayda dəhşətli uçqun: Ölənlərin sayı 15-ə çatdı

01 Oktyabr 2026 - 18:23
Bakıda külək güclənəcək – XƏBƏRDARLIQ

Bakıda külək güclənəcək – XƏBƏRDARLIQ

01 Oktyabr 2026 - 18:15
“Birliyin Gücü – 2026” birgə hərbi təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib

“Birliyin Gücü – 2026” birgə hərbi təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib

01 Oktyabr 2026 - 17:59
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edilib

Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edilib

01 Oktyabr 2026 - 17:53
Hikmət Hacıyev: Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır

Hikmət Hacıyev: Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır

01 Oktyabr 2026 - 17:47
Aİ-nin dörd ölkəsində Rusiya pasportlarının qəbulu məhdudlaşdırılıb

Aİ-nin dörd ölkəsində Rusiya pasportlarının qəbulu məhdudlaşdırılıb

01 Oktyabr 2026 - 17:35
AZAL daha bir yeni nəsil “Airbus A321neo” təyyarəsi ilə donanmasını genişləndirib

AZAL daha bir yeni nəsil “Airbus A321neo” təyyarəsi ilə donanmasını genişləndirib

01 Oktyabr 2026 - 17:27
FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirildi – FOTO

FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirildi – FOTO

01 Oktyabr 2026 - 17:20
Tramp: İrana bombardmanlar bərpa oluna bilər

Tramp: İrana bombardmanlar bərpa oluna bilər

01 Oktyabr 2026 - 17:12
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.