"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

Qubad İbadoğlunun ölkəni beş aylıq tərk etməsinə fərqli reaksiyalar verildi

02 Mart 2015 - 17:21
in MANŞET
FacebookVatsap

ADR sədrinin bir proqram çərçivəsində ABŞ-da olacağı bildirilir, proqram Dövlət Departamenti tərəfindən dəstəklənir, yeni təsis olunan qurum Vurğun Əyyuba tapşırılıb  

Bunu da oxuyun

“İranın belə ucuz təxribatın təsiri altına düşəcəyini düşünmürəm” – Qüdrət Həsənquliyev

Antoniu Joze Sequru: Portuqaliyanın Bakıda səfirliyinin açılması əməkdaşlığa töhfə verəcək

Azad edilmiş ərazilərə köçən 10 623 nəfəri məşğulluqla təmin olunub

Qubad İbadoğlunun ölkəni beş aylıq tərk etməsinə fərqli reaksiyalar verildiADR Hərəkatının sədri Qubad İbadoğlu ABŞ-da səfərdədir. Bu barədə o, sosial şəbəkədə statusunda bildirib.
 
Q.İbadoğlu qeyd edib ki, ilk dəfə olaraq ADR sədri kimi müzakirələrdə iştirak edəcək: “Yenidən ABŞ-a qayitmaq üçün səfərə çıxdım. Hazırda İstanbulda Atatürk hava limanında Vaşinqtona olan 12 saatlıq uçuşumu gözləyirəm. Sabahdan başlayan işgüzar görüşlərim əvvəlkilərdən xeyli fərqlənir. Əvvəla, ilk dəfədir ki, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri statusu ilə müzakirələrə qoşulacam. İkincisi, səfər proqramım şəffaflıq deyil, daha çox siyasi məsələlər üzərində qurulacaq. ABŞ Konqresi tərəfindən əsası qoyulan bu proqram Dövlət Departamenti və Demokratiya Naminə Fond tərəfindən dəstəklənir”.
Teleqraf.com isə xəbər yayıb ki, Qubad İbadoğlu Azərbaycanı beş aylıq tərk edib: “Hərəkatın sədri qarşıdakı beş ayda Azərbaycanda olmayacaq. Məhz bu səbəbdən də ADR İdarə Heyətinin sonuncu toplantısında sədrin birinci müavini postu təsis edilib və Vurğun Əyyub bu posta təyin edilib. Məqsəd isə Qubad İbadoğlu olmadığı bu müddətdə hərəkatı Vurğun Əyyubun idarə etməsini təmin etməkdir. Qeyd edək ki, Qubad İbadoğlunun ölkədə olmadığı müddətdə hərəkatı Vurğun Əyyub idarə edəcək. Demək V. Əyyub yaxın beş ayda Müsavat rəhbərliyi ilə açıq konfrontasiyaya getməli olacaq. Çünki bu iki qurumun rəhbərliyi arasında neçə müddətdir ki, qarşılıqlı ittihamlar hökm sürür. Əldə etdiyimiz xəbərə görə, ADR Hərəkatının sədri Bakıya avqustda qayıdacaq”.
Müsavat Partiyası MNTK-nın sədri Sevinc Hüseynova isə keçmiş partiyadaşının ABŞ səfərinə sosial şəbəkə vasitəsilə bu cür reaksiya verib: “Amerika Fondları ilə işlədiyinə görə Xədicə İsmayıl Kürdəxanıda ulduzlara kameradan baxır, bu adam təyyarədən düşmür. Deyir, bu səfərdə şəffaflıqdan yox, siyasətdən danışacaq. İndi də inandıracaq ki, bizdə demokratiya elə şəffaflıq qədərdi”.
ADR təmsilçilərindən Səxavət Əlisoy isə Musavat.com-a açıqlamasında Q.İbadoğlunun səfərinin beş aylıq olduğunu təsdiqləyib: “Doğrudur. Yaxşı proqram var, beş aylıq olacaq. Qubad İbadoğlu bir proqram çərçivəsində beş ay ABŞ-da olacaq. Onun ölkədə olmadığı müddətdə hərəkata birinci müavin Vurğun Əyyub rəhbərlik edəcək, o, görəvləndirilib”.
O, həmçinin qeyd edib ki, yaxın günlərdə ADR bu il keçiriləcək parlament seçkilərində iştirak edib-etməmək barədə qərar verəcək. Qərar müsbət olacaqsa, Q.İbadoğlu ölkədə olmadan da hazırlıqlar aparılacaq: “Biz bununla bağlı İdarə Heyətində müzakirələr aparırıq. ADR hərəkatında qərarlar kollegial şəkildə verilir. Kiminsə, bir nəfərin düşüncəsi ilə təşkilat öz strategiyasını formalaşdırmır. Yaxın günlərdə ADR parlament seçkilərində iştirak edib-etməmək barədə qərar verəcək. Seçkidə iştirak qərarı veriləcəksə, Qubad İbadoğlu burada olmadan da hazırlaşa bilərik”.
S.Əlisoy qeyd edib ki, Q.İbadoğlunun ölkədən getməsi müvəqqətidir və həbs təhlükəsi ilə bağlı deyil:“Bizim keçmiş partiya dostlarımız istəyir ki, Qubad bəy həbs edilsin, bunun arzusundadırlar”.
O, S.Hüseynovanın dediklərinə isə münasibət bildirmək istəməyib: “Təndirbaşı qeybət” söhbətlərinə münasibət bildirmək istəmirəm. Ciddi adamlar, ciddi fikirlər olsa, münasibət bildirmək olar. Ən yaxşısı odur ki, qeybət edənlər öz partiyasının durumu ilə maraqlansınlar”.
Q.İbadoğlunun özü ilə isə əlaqə saxlamaq mümkün olmayıb.
Previous Post

Qubad İbadoğlunun ölkəni beş aylıq tərk etməsinə fərqli reaksiyalar verildi

Next Post

Qubad İbadoğlunun ölkəni beş aylıq tərk etməsinə fərqli reaksiyalar verildi

Bənzər yazılar

“İranın belə ucuz təxribatın təsiri altına düşəcəyini düşünmürəm” – Qüdrət Həsənquliyev

“İranın belə ucuz təxribatın təsiri altına düşəcəyini düşünmürəm” – Qüdrət Həsənquliyev

06 İyun 2026 - 19:55

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb. Elchi.az müsahibəni təqdim edir: -...

Antoniu Joze Sequru: Portuqaliyanın Bakıda səfirliyinin açılması əməkdaşlığa töhfə verəcək

Antoniu Joze Sequru: Portuqaliyanın Bakıda səfirliyinin açılması əməkdaşlığa töhfə verəcək

05 İyun 2026 - 19:25

Portuqaliya Prezidenti Antoniu Joze Sequru Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib. Elchi.az xəbər verir ki, təbrikdə deyilir. "Hörmətli cənab Prezident....

Azad edilmiş ərazilərə köçən 10 623 nəfəri məşğulluqla təmin olunub

Azad edilmiş ərazilərə köçən 10 623 nəfəri məşğulluqla təmin olunub

05 İyun 2026 - 19:22

Böyük Qayıdış proqramı çərçivəsində doğma yurdlarına qayıdan sakinlərdən iqtisadi fəal olanların ötən dövrdə artıq 10623 nəfəri məşğulluğu təmin edilib. Bu...

“Livanda sülh olsa, çox gözəl olardı” – Tramp

“Livanda sülh olsa, çox gözəl olardı” – Tramp

05 İyun 2026 - 13:00

"Livanda sülh olsa, həqiqətən də əla olardı”. Elchi.az xəbər verir ki, bu sözləri ABŞ prezidenti Donald Tramp Oval kabinetdə jurnalistlərə...

Next Post

Qubad İbadoğlunun ölkəni beş aylıq tərk etməsinə fərqli reaksiyalar verildi

Qubad İbadoğlunun ölkəni beş aylıq tərk etməsinə fərqli reaksiyalar verildi

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

“İranın belə ucuz təxribatın təsiri altına düşəcəyini düşünmürəm” – Qüdrət Həsənquliyev

“İranın belə ucuz təxribatın təsiri altına düşəcəyini düşünmürəm” – Qüdrət Həsənquliyev

06 İyun 2026 - 19:55
NATO-nun beş ölkəsi Latviyada hava hücumundan müdafiə təlimləri keçirib

NATO-nun beş ölkəsi Latviyada hava hücumundan müdafiə təlimləri keçirib

06 İyun 2026 - 19:24
Türkiyə klubu yeni baş məşqçisini rəsmən açıqladı

Türkiyə klubu yeni baş məşqçisini rəsmən açıqladı

06 İyun 2026 - 18:20
Qətər İranın Küveyt və Bəhreynə hücumlarını pislədi

Qətər İranın Küveyt və Bəhreynə hücumlarını pislədi

06 İyun 2026 - 18:07
Sabah meteohəssas insanları narahat edən hava gözlənilir

Sabah meteohəssas insanları narahat edən hava gözlənilir

06 İyun 2026 - 17:51
Rusiya rəsmisi: ABŞ Ukrayna üzrə danışıqlardan çıxmağa çalışır

Rusiya rəsmisi: ABŞ Ukrayna üzrə danışıqlardan çıxmağa çalışır

06 İyun 2026 - 17:36
FHN-in Şimal Regional Mərkəzi zona birinciliyi keçirib

FHN-in Şimal Regional Mərkəzi zona birinciliyi keçirib

06 İyun 2026 - 17:19
Hava ilə bağlı xəbərdarlıq: Yağış yağacaq

Bəzi yerlərdə şimşək çaxır, intensiv yağış yağır – FAKTİKİ HAVA

06 İyun 2026 - 17:00
Azərbaycan bu ölkə ilə viza rejimini ləğv etdi

XİN: Azov dənizində gəmilərin vurulması nəticəsində yaralanan vətəndaşların Azərbaycana qayıdışı üçün tədbirlər görülür

06 İyun 2026 - 16:45
Krasnodarda neft anbarına dron hücumu nəticəsində güclü yanğın olub

Krasnodarda neft anbarına dron hücumu nəticəsində güclü yanğın olub

06 İyun 2026 - 16:22
Kürdəmirdə açıq ərazidə yanğın söndürülüb- YENİLƏNİB

Kürdəmirdə açıq ərazidə yanğın söndürülüb- YENİLƏNİB

06 İyun 2026 - 16:08
Gəmilər vuruldu, 5 azərbaycanlı öldü – Rəsmi açıqlama

Azərbaycan və İspaniya XİN arasında konsulluq məsləhətləşmələri keçirilib

06 İyun 2026 - 15:32
Ömər aşırımında iki hərbçi dərəyə yıxılıb, biri vəfat edib

Ömər aşırımında iki hərbçi dərəyə yıxılıb, biri vəfat edib

06 İyun 2026 - 15:17
Binədə mağazada yanğın baş verdi – Video

Binədə mağazada yanğın baş verdi – Video

06 İyun 2026 - 14:30
Anton Krivotsyuk və Abdulla Xaybulayev millinin heyətindən çıxarılıb

Anton Krivotsyuk və Abdulla Xaybulayev millinin heyətindən çıxarılıb

06 İyun 2026 - 14:14
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.