Aİ-nin xarici siyasət rəhbəri Kaya Kallas Ukraynadakı münaqişəyə son qoymaq məqsədilə Rusiyaya qarşı təzyiqlərin artırılmasına dair növbəti dəfə çağırış edib.
Elchi.az xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət xidmətinin rəsmi saytında məlumat verilib.
Kallas mətbuat konfransında bildirib ki, Ukraynaya dəstəyin artırılması və Moskvaya qarşı təzyiqlərin gücləndirilməsi müharibəyə son qoymağın sürətli yoludur.
Daha əvvəl məlumat verilmişdi ki, Fransa, Almaniya və İtaliya Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasın müdafiə qrupu yaratmasına mane olmuş ola bilərlər.
Yeganə





















