NATO-nun koordinasiya etdiyi Ukraynaya Hərtərəfli Yardım Paketi (CAP) praktiki olaraq faydalılığını tükəndirib.
Elchi.az xəbər verir ki, bu barədə “Reuters” alyans rəsmisinə istinadən bildirir.
İddia edilir ki, son on il ərzində Kompleks Yardım Paketi (CAP) ölümcül olmayan dəstək üçün maliyyə ayırıb… Bununla belə, ilkin 1,3 milyard avrodan cəmi 100 milyon avro qalıb.
Şimali Atlantika Alyansından Kiyevə yardım üçün bu mexanizm 2016-cı ildə işə salınıb və 2022-ci ildə genişləndirilib.
Daha əvvəl “Politico” nəşri alyansın adının çəkilməyən diplomatlarına istinadən yazıb ki, NATO ölkələri Ukraynaya hərbi yardımdan yorulub.
Yeganə




















