Almaniya hökumətinin keçmiş “Theodor Heuss” təyyarəsi ABŞ-də satışa çıxarılıb.
Elchi.az xəbər verir ki, bu barədə “Welt” nəşri yazır.
Söhbət 2000-ci il istehsalı olan, 355 seriya nömrəli “Airbus A340-300” təyyarəsindən gedir.
Təyyarə uzun illər ərzində hökumət aviasiyasının flaqman bortlarından biri olub. Almaniya kansleri Angela Merkel, həmçinin nazirlər və dövlət qonaqları xarici səfərlər zamanı “Theodor Heuss”dan istifadə ediblər. Satış sənədlərinə əsasən, təyyarənin hesabında 50 700-dən çox uçuş saatı və 8 768 eniş var.
Hazırda təyyarə ABŞ-də dayanacaqdadır və Amerikanın “Jetcraft” təyyarə dileri onun üçün alıcı axtarır. Bundan əlavə, təyyarə artıq “Jetcraft”ın “Instagram” səhifəsində də reklam olunur. Lakin satıcı qiyməti açıqlamır.
Məryəm





















