Bosniya və Herseqovinanın xarici işlər naziri Elmedin Konakoviç Serbiyanın hərbi attaşesi və Serbiya xüsusi xidmət organının rəsmi nümayəndəsinin ölkədən çıxarılması barədə qərar qəbul edib.
Elchi.az xəbər verir ki, “Klix” portalı nazirin sözlərindən sitat gətirir.
“Bu gün Serbiyanın səfirliyinin hərbi attaşesi Milan Dulanoviçi və Serbiyanın Təhlükəsizlik və İnformasiya Agentliyinin nümayəndəsi Danko Maksimoviçi “persona non grata” (arzuolunmaz şəxs) elan etmək haqqında qərar qəbul etdim. Onların Bosniya və Herseqovinanı tərk etmək üçün 48 saat vaxtı var”, -deyə bildirib.
Məryəm





















