La Liqa təmsilçilərindən “Barselona”nın 19 yaşlı yarımmüdafiəçisi Mark Bernal İngiltərə Premyer Liqasına keçə bilər.
Elchi.az xəbər verir ki, bu barədə “GiveMeSport” məlumat yayıb.
İspaniyalı futbolçu ilə “Çelsi” və “Mançester Yunayted”in maraqlandığını yazıb.
Məlumata görə, Bernal üçün əsas namizəd “Çelsi”dir. London klubu “Barselona” yetirməsini “Mançester Siti”yə keçən Enzo Fernandezin əvəzedicisi kimi nəzərdən keçirir.
Bernal bu mövsüm La Liqa və UEFA Çempionlar Liqasında keçirdiyi 5 oyunun hamısında iştirak edib. O, bu matçlarda qol vurmasa da, 1 məhsuldar ötürmə ilə yadda qalıb.





















