Avropa İttifaqı ölkələri Ukraynaya Aİ-nin 90 milyard avroluq maliyyələşdirmə proqramından ayrılan pullarla “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raketlər almağa imkan verən istisnanı təsdiqləyib.
Elchi.az xəbər verir ki, bu barədə NATO-nun baş katibi Mark Rutte bildirib.
“Üzv dövlətlərin Ukraynaya “Patriot” HHM sistemləri üçün komponentlər almağa şərait yaradacaq qayda istisnası barədə razılığını alqışlayıram”, — deyə o, “X” sosial şəbəkəsində yazıb.
Məryəm





















