"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Qlobal istiləşmə, yoxsa NASA-nın yalanı?

25 Yanvar 2016 - 10:20
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Pərvanə Vəliyeva: TƏBİB daha təkmil idarəetmə modelinə keçib

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

Moldova Dnestrdəki insidentdən sonra Ukraynaya etiraz notası göndərib

 Qlobal istiləşmə, yoxsa NASA-nın yalanı?Ekoloq: “Qlobal istiləşmə deyə bir anlayış yoxdur, bütün bunlar komersantların oyunudur”

ABŞ-ın Milli Okean və Atmosfer İdarəsi (NOAA) və NASA son 135 ilin ən isti ilini açıqlayıb. Qlobal temperatur araşdırmaları aparan NASA 2015-ci ilin ən isti il olduğunu bəyan edib. 1880-ci ildən bu günə qədər ölçü aparan ABŞ təşkilatına görə, 2015-də yer kürəsində istilik artımı 2,39°F (1,33°C) olub. Dəniz səthinin temperaturu da orta hesabla artaraq 1,33°F (0,74°C) təşkil edib. Bu isə bir çox insanlarda 2016-cı ilin yayının da ən isti yay olacağı fikri yaradıb. 
Ümumiyyətlə, Ekoloqların fikrincə, əgər dünya birliyi qlobal istiləşmə ilə bağlı vaxtında qabaqlayıcı tədbirlər görməsə, qarşıdakı onilliklər ərzində bəşəriyyət iqlim dəyişikliyinin fəlakətli nəticələri ilə üzləşə bilər. Bəşəriyyətin ümumi gələcəyi ilə bağlı bu məsələlər Parisdə İqlim Dəyişikliyi üzrə BMT Konvensiyası iştirakçılarının 21-ci konfransında ciddi müzakirə edilmişdi. Konfransda  bildirilib ki, fəaliyyətsizlik bu əsrin sonunda planetdə havanın temperaturunun 6 dərəcəyədək yüksəlməsinə gətirib çıxara bilər. Əgər ciddi tədbirlər  görülməsə, istiləşmə dünyada 1 milyard ton buzlağın əriməsinə, okean sularının səviyyəsinin 4 metr artmasına, gələn əsrlərdə isə bu artımın onlarla metrə çatmasına səbəb ola bilər.
Bu, sahil ərazilərinin  su altında qalması, yüz milyonlarla insanın həyatının dəyişməsi deməkdir. Digər tərəfdən, başqa regionlarda qlobal istiləşmə su qıtlığına, təxminən 3 milyarda yaxın adamın quraqlıqdan əziyyət çəkməsinə və qlobal miqrasiya proseslərinə səbəb ola bilər.
Ekoloq Telman Zeynalov isə qlobal istiləşmənin mümkün olmadığını, NASA-nın həmişə yalan məlumatlar yaydığını dedi: “2002-ci ildən bəri havalar tədricən soyumağa başlayıb. Rusiyanı 41-45 dərəcə şaxta bürüyür. Bu gün də Qərbi Avropanı qar bürüyür. 3 gün ərzində Azərbaycanın bir çox dağlarına qar yağıb. Bu 3 ayın normasıdır. Biz bu qardan səmərəli istifadə etsək, bizdə quraqlıq təsir etməyəcək. Əgər qış sərt keçirsə, yay quraqlıq keçməlidir. Bu təbiətin qanunudur. Buna gör də NASA-ya inanmaq lazım deyil. Onlar bir neçə il əvvəl Azərbaycanda güclü zəlzələlərin olacağını da deyirdi. Bu da sonradan yalan çıxdı. Qlobal istiləşmə deyilən bir şey yoxdur. İqlim dəyişmələri var. Əgər NASA-nın dediyinə görə, bizim Şimal buzlu okeanında buzlaqlar ərisə, heç yeri su basmayacaq. Əksinə soyuma prosesi, buzlaq dövrü yaxınlaşacaq. Çünki soyuq su duzlu suyu üstələyəcək. Daşqınların, tufanların sayı, mənfi temperatur artacaq. İqlim dəyişmələrində bunları nəzərə almaq lazımdır: Günəşin fəaliyyəti, yer kürəsinin oxunun, fırlanma gücünün fəaliyyəti, müsbət və mənfi təzyiq, isti və soyuq cərəyanların okeanlarda axını nəzərə alınmalıdır. NASA bunların heç birini nəzərə almır. Bütün bunlar cəfəngiyatdır və komersantların oyunudur. Onlar qlobal istiləşmə adı ilə bir sıra texnologiyaları pul qazanmaq istəyirlər. Necə ki, indi külək enerjisini, Günəş panellərin bizə sırıyırlar”.
 
Qeyd edək ki, dünyada qlobal istiləşmənin qarşısının alınması Kioto protokolu mexanizmi vasitəsilə həyata keçirilib. Bəs Kioto protokolu nədir? Azərbaycanda bu protokolda yer alırmı?
Ekoloji Təbliğat şöbəsinin müdiri İsa Əliyev: “Kioto protokolu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası çərçivəsində Tərəf ölkələrin emisisyaların azaldılması üzrə öhdəliklərini müəyyən edən beynəlxalq razılaşmadır. Kioto protokolu 1997-ci ildə Yaponiyanın Kioto şəhərində qəbul edilmiş və Rusiya  Federasiyasının ratifikasiya etməsindən sonra 2005-ci ildə qüvvəyə minmişdir. Hazırda sənədi 191 ölkə ratifikasiya edib. Azərbaycan 1995-ci ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasını, 2000-ci ildə isə Konvensiyanın Kioto protokolunu ratifikasiya etdikdən sonra qlobal iqlim dəyişmələrinin mənfi təsirlərinin yumşaldılması üzrə beynəlxalq səylərə fəal şəkildə qoşulub. Kioto protokolu üzrə öhdəliklərin yerinə yetirilməsinin birinci mərhələsi  2008-2012-ci illəri əhatə edib. 2012-ci ildə Kioto protokolunun 2-ci mərhələsi (2012-2020) üzrə Doha düzəlişi qəbul edilib. Doha düzəlişini 144 ölkə ratifikasiya edəcəyi təqdirdə qüvvəyə minəcəkdir. Lakin həmin düzəlişi indiyə qədər yalnız 50-yə yaxın dövlət ratifikasiya edib. Bu da Doha əlavəsinin 2020-ci ilə qədər qüvvəyə minəcəyini şübhə altına alır. Azərbaycan Kioto protokoluna Doha düzəlişini 14 aprel 2015-ci il tarixində ratifikasiya edib”.
İ.Əliyev danışıqlar çətin getsə də 2015-ci ilin dekabrında Yeni razılaşma (Paris razılaşması) qəbul edildiyini bildirdi: “Yeni razılaşmanı  tam  ideal  sənəd olmasa da, ümumilikdə irəliyə doğru böyük addım hesab etmək olar.
Bütün dövlətlər vahid mövqedə olublar ki, qlobal səviyyədə iqlim sürətlə dəyişir və səbəb antropogen mənşəli istilik effekti yaradan qaz tullantılarıdır. Bunun  nəticələri də bəşəriyyətin gələcək inkişafı üçün ciddi  təhlükə yaradır. Paris razılaşması əhatə dairəsinə görə həddindən artıq genişdir və faktiki olaraq bütün dünya iqtisadiyyatını əhatə edir. Kioto protokolundan fərqli olaraq, yeni razılaşmada heç bir dövlət üzrə tullantıların azaldılmasına dair kəmiyyət öhdəlikləri nəzərdə tutulmur və bu razılaşma təkcə inkişaf etmiş dövlətləri deyil,  bütün dünya dövlətlərini əhatə edir. Azərbaycanda bu sahədə böyük işlər görülüb.  Kiçik ölkə  olsaq da bu böyük  qlobal problemə öz tövhəmizi layiqincə  vermişik və bu proses davam etməkdədir”.
Previous Post

Qlobal istiləşmə, yoxsa NASA-nın yalanı?

Next Post

Fransa: Rusiya verdiyi sözü tutarsa…

Bənzər yazılar

Pərvanə Vəliyeva: TƏBİB daha təkmil idarəetmə modelinə keçib

Pərvanə Vəliyeva: TƏBİB daha təkmil idarəetmə modelinə keçib

19 Oktyabr 2026 - 20:11

Beş il öncə icbari tibbi sığorta sisteminin bütün ölkə ərazisi üzrə tətbiqi Azərbaycanın səhiyyə sistemində mühüm institusional islahat idi. Bu...

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 - 20:08

Bu ilin yanvar-sentyabr aylarında Gürcüstan Azərbaycana 8,16 milyon ABŞ dolları dəyərində 2 min 946 ton qoyun və keçi ixrac edib....

Moldova Dnestrdəki insidentdən sonra Ukraynaya etiraz notası göndərib

Moldova Dnestrdəki insidentdən sonra Ukraynaya etiraz notası göndərib

19 Oktyabr 2026 - 20:07

Moldova hakimiyyəti iki Ukrayna sərhədçisinin Dnestr çayını üzərək keçməyə çalışan bir kişini təqib edərkən dövlət sərhədini qanunsuz keçməsindən sonra Ukraynaya...

ARDNF texnologiya şirkətlərinə investisiyalarını 19 %-ə yaxın artırıb

ARDNF texnologiya şirkətlərinə investisiyalarını 19 %-ə yaxın artırıb

19 Oktyabr 2026 - 20:05

Bu il yanvarın 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) telekommunikasiya və informasiya texnologiyaları sektorunda fəaliyyət göstərən şirkətlərin səhmlərinə investisiyalarının ümumi...

Next Post

Fransa: Rusiya verdiyi sözü tutarsa...

90-cı illər qayıdırmı?

Son xəbərlər

Pərvanə Vəliyeva: TƏBİB daha təkmil idarəetmə modelinə keçib

Pərvanə Vəliyeva: TƏBİB daha təkmil idarəetmə modelinə keçib

19 Oktyabr 2026 - 20:11
Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 - 20:08
Moldova Dnestrdəki insidentdən sonra Ukraynaya etiraz notası göndərib

Moldova Dnestrdəki insidentdən sonra Ukraynaya etiraz notası göndərib

19 Oktyabr 2026 - 20:07
ARDNF texnologiya şirkətlərinə investisiyalarını 19 %-ə yaxın artırıb

ARDNF texnologiya şirkətlərinə investisiyalarını 19 %-ə yaxın artırıb

19 Oktyabr 2026 - 20:05
Qüdrət Həsənquliyev: “Türkiyə qarşıdurmalardan yayınmalıdır” – MÜSAHİBƏ

Qüdrət Həsənquliyev: “Türkiyə qarşıdurmalardan yayınmalıdır” – MÜSAHİBƏ

19 Oktyabr 2026 - 19:25
Azərbaycan və BƏƏ HHQ komandanları görüşüblər

Azərbaycan və BƏƏ HHQ komandanları görüşüblər

19 Oktyabr 2026 - 19:09
Dövlət əleyhinə çağırışlar edən və dini nifrət yayan daha 7 nəfər beynəlxalq axtarışa verildi

Dövlət əleyhinə çağırışlar edən və dini nifrət yayan daha 7 nəfər beynəlxalq axtarışa verildi

19 Oktyabr 2026 - 18:56
Parisdə etirazlar səbəbindən ehtiyat polis qüvvələri xidmətə çağırılır

Parisdə etirazlar səbəbindən ehtiyat polis qüvvələri xidmətə çağırılır

19 Oktyabr 2026 - 18:51
Neft Fondu ötən ili 26 milyard 913,177 milyon manat mənfəətlə başa vurub

Neft Fondu ötən ili 26 milyard 913,177 milyon manat mənfəətlə başa vurub

19 Oktyabr 2026 - 18:47
Azərbaycan-BƏƏ hərbi əməkdaşlığı müzakirə olundu – FOTO

Azərbaycan-BƏƏ hərbi əməkdaşlığı müzakirə olundu – FOTO

19 Oktyabr 2026 - 18:34
“Sabah” – “Borussiya Dortmund” oyunu ilə əlaqədar müntəzəm marşrutların hərəkət sxemi dəyişdirilir

“Sabah” – “Borussiya Dortmund” oyunu ilə əlaqədar müntəzəm marşrutların hərəkət sxemi dəyişdirilir

19 Oktyabr 2026 - 18:26
Norveç 16 yaşdan kiçiklərə sosial şəbəkə və oyunları qadağan edir

Norveç 16 yaşdan kiçiklərə sosial şəbəkə və oyunları qadağan edir

19 Oktyabr 2026 - 18:13
DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə saxlayıb

DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə saxlayıb

19 Oktyabr 2026 - 17:56
“Le Figaro”: Tramp administrasiyası Kiyevi təslim olmağa sövq edir

“Le Figaro”: Tramp administrasiyası Kiyevi təslim olmağa sövq edir

19 Oktyabr 2026 - 17:48
“Şahinlərin Görüşü-2026” təlimində mürəkkəb taktiki manevrlər yerinə yetirilib – VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində mürəkkəb taktiki manevrlər yerinə yetirilib – VİDEO

19 Oktyabr 2026 - 17:44
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.