"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər həbs edildi – SİYAHI

06 Avqust 2018 - 19:00
in CƏMİYYƏT
FacebookVatsap

Bunu da oxuyun

Bakıda bağçada qida təhlükəsizliyi ilə bağlı nöqsanlar aşkarlanıb – FOTO

Meleykə Abbaszadə: DİM-də imtahan proqramları ilə bağlı seminarlar keçirilir, iştirak səviyyəsi aşağıdır

DİM: Ötən il buraxılış imtahanının çətinliyi 5 ballıq şkala üzrə 4,19 qiymətləndirilib

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə bütün sahələrdə olduğu kimi, ekoloji problemlərin həlli, ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpa edilməsi, milli parkların təşkili və ekoloji şəbəkənin yaradılması istiqamətində mühüm işlər görülür.

Bu barədə Elchi.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, lakin bununla belə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf mühitin mühafizəsini həyata keçirən qurumları tərəfindən aşkar olunmaqla ekoloji qanun pozuntularına yol vermiş hüquqi və fiziki şəxslərə qarşı ən ciddi tədbirlər davam etdirilir: “Məlumat verildiyi kimi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən respublikanın ayrı-ayrı rayonlarında yerləşən qum-çınqıl yataqlarında karxanaların fəaliyyətinin monitorinq nəticəsində bəzi dövlət orqanları və sahibkarlıq subyektləri tərəfindən yer təkinin qorunması, xüsusən çay yataqlarının istifadəsi sahəsində qanunvericiliklə müəyyən edilmiş qaydalar və lisenziyalaşdırma şərtlərinin kobud surətdə pozulması, bunun nəticəsində ətraf mühitə, infrastruktur obyektlərinə, su təchizatı şəbəkələrinə, hidrotexniki qurğulara və sahil bərkitmə bəndlərinə ciddi təhlükənin yaranması, çay məcralarının kəskin eroziyaya məruz qalması müəyyən edilib”.

Məlumata görə, qum-çınqıl yataqlarında hüquqi və fiziki şəxslərə məxsus 96 karxananın fəaliyyətində aşkarlanan qanun pozuntuları ilə bağlı toplanmış materiallar əsasında Baş Prokurorluqda Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq), 247-ci (işlərin yerinə yetirilməsi zamanı ətraf mühitin mühafizəsi (qorunması) qaydalarını pozma), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və digər maddələri ilə 8 cinayət işi başlanaraq Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaqı aparılır.

Qeyd edilən cinayət işlərinin materiallarından 6-sı ayrıca icraata ayrılaraq istintaqı tamamlanıb. Həmin işlər üzrə aparılan istintaq zamanı sahibkarlar tərəfindən dağ-mədən obyektlərinin istismarı zamanı ətraf mühitin qorunması qaydalarına riayət olunmaması, müvafiq icra hakimiyyəti orqanından lisenziya almalı olduğu halda, buna əməl edilməməsi, eləcə də lisenziyalaşma şərtlərini pozmaqla qanunsuz sahibkarlıq fəaliyyətlərini davam etdirmələri, vəzifə səlahiyyətlərindən sui-istifadə kimi əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən “Avro-Asiya İnşaat Korporasiyası Evrascon” ASC-nin rəhbəri Manaf Şirinov, “Titanik-5” MMC-nin rəhbəri Şahin Məmmədov, “Azvirt” MMC-nin iş icraçısı vəzifəli şəxsi İbrahim Quluyev, “Alyans” MMC-nin rəhbəri Nəriman Yəhyayev, “Gülövşə” MMC-nin rəhbəri Mahir Allahverdiyev və “Qara-Qum Holdinq” MMC-nin rəhbəri Yasif Ağayevə Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan edilərək, Mahir Allahverdiyev barəsində polisin nəzarəti altına vermə, digər təqsirləndirilən şəxslər barəsində isə məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.

Qeyd olunan cinayət işləri üzrə qanunsuz sahibkarlıq fəaliyyəti nəticəsində dövlətə və təbiətə 2,7 milyon manat məbləğində maddi ziyan vurulması, habelə 182 min manat məbləğində vergidən yayınma halları müəyyən edilmiş və istintaq zamanı dəymiş ziyanın tam ödətdirilməsi təmin edilməklə cinayət işləri baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.

Hazırda bu sahədə istintaqı aparılan digər cinayət işləri üzrə təqsirli şəxslərin dairəsinin tam müəyyən edilərək məsuliyyətə cəlb olunmaları, ətraf mühitə vurulan ziyanın ödətdirilməsi və nəticələrinin aradan qaldırılması istiqamətində zəruri tədbirlər davam etdirilir.

Previous Post

Qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər həbs edildi – SİYAHI

Next Post

Ankara və Vaşinqton sanksiyalarla bağlı ilkin razılaşma əldə edib

Bənzər yazılar

Bakıda bağçada qida təhlükəsizliyi ilə bağlı nöqsanlar aşkarlanıb – FOTO

Bakıda bağçada qida təhlükəsizliyi ilə bağlı nöqsanlar aşkarlanıb – FOTO

20 Oktyabr 2026 - 10:51

Binəqədi rayonu, Müşfiqabad qəsəbəsi, Günəşli küçəsində yerləşən 329 nömrəli uşaq bağçasında yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların,...

Meleykə Abbaszadə: DİM-də imtahan proqramları ilə bağlı seminarlar keçirilir, iştirak səviyyəsi aşağıdır

Meleykə Abbaszadə: DİM-də imtahan proqramları ilə bağlı seminarlar keçirilir, iştirak səviyyəsi aşağıdır

20 Oktyabr 2026 - 10:43

Hər il imtahanlardan sonra oxşar mənzərə ilə qarşılaşırıq. Xüsusilə ilk imtahandan sonra sualların çətinliyi ilə bağlı müəyyən narazılıqlar yaranır, müxtəlif...

DİM: Ötən il buraxılış imtahanının çətinliyi 5 ballıq şkala üzrə 4,19 qiymətləndirilib

DİM: Ötən il buraxılış imtahanının çətinliyi 5 ballıq şkala üzrə 4,19 qiymətləndirilib

20 Oktyabr 2026 - 09:56

2026-cı il buraxılış imtahanı iştirakçılarının təcrübəsi araşdırılıb. Bu barədə Elchi.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, əsas təhlil üç...

BMT-də keçmiş işğalçı rejimin Qarabağda törətdiyi vəhşiliklər barədə məlumat verilib

BMT-də keçmiş işğalçı rejimin Qarabağda törətdiyi vəhşiliklər barədə məlumat verilib

19 Oktyabr 2026 - 21:32

Azərbaycanın BMT Baş Assambleyasının Altıncı Komitəsində gündəliyin 81-ci bəndi ("1949-cu il Cenevrə Konvensiyalarına əlavə və silahlı münaqişə qurbanlarının müdafiəsinə dair...

Next Post
Ankara və Vaşinqton sanksiyalarla bağlı ilkin razılaşma əldə edib

Ankara və Vaşinqton sanksiyalarla bağlı ilkin razılaşma əldə edib

Ankara və Vaşinqton sanksiyalarla bağlı ilkin razılaşma əldə edib

Ankara və Vaşinqton sanksiyalarla bağlı ilkin razılaşma əldə edib

Son xəbərlər

ABŞ Avropada ehtimal olunan münaqişəyə hazırlaşmağa başlayıb

ABŞ Avropada ehtimal olunan münaqişəyə hazırlaşmağa başlayıb

20 Oktyabr 2026 - 11:24
Cənubi Koreya Ukraynadan bəzi diplomatlarını geri çağırır

Cənubi Koreya Ukraynadan bəzi diplomatlarını geri çağırır

20 Oktyabr 2026 - 11:12
Kolumbiyada qeyri-qanuni mədəndə uçqun: 14 ölü, 7 yaralı

Kolumbiyada qeyri-qanuni mədəndə uçqun: 14 ölü, 7 yaralı

20 Oktyabr 2026 - 11:00
Bakıda bağçada qida təhlükəsizliyi ilə bağlı nöqsanlar aşkarlanıb – FOTO

Bakıda bağçada qida təhlükəsizliyi ilə bağlı nöqsanlar aşkarlanıb – FOTO

20 Oktyabr 2026 - 10:51
Meleykə Abbaszadə: DİM-də imtahan proqramları ilə bağlı seminarlar keçirilir, iştirak səviyyəsi aşağıdır

Meleykə Abbaszadə: DİM-də imtahan proqramları ilə bağlı seminarlar keçirilir, iştirak səviyyəsi aşağıdır

20 Oktyabr 2026 - 10:43
Kolumbiyada hərbi helikopter qəzaya uğradı: 19 yaralı

Kolumbiyada hərbi helikopter qəzaya uğradı: 19 yaralı

20 Oktyabr 2026 - 10:35
NASA-nın miniatür insan beyinləri kosmik stansiyaya çatdı

NASA-nın miniatür insan beyinləri kosmik stansiyaya çatdı

20 Oktyabr 2026 - 10:27
Banqladeşdə qızılca şübhəsi ilə ölən uşaqların sayı 1201-ə çatıb

Banqladeşdə qızılca şübhəsi ilə ölən uşaqların sayı 1201-ə çatıb

20 Oktyabr 2026 - 10:14
DİM: Ötən il buraxılış imtahanının çətinliyi 5 ballıq şkala üzrə 4,19 qiymətləndirilib

DİM: Ötən il buraxılış imtahanının çətinliyi 5 ballıq şkala üzrə 4,19 qiymətləndirilib

20 Oktyabr 2026 - 09:56
UEFA Çempionlar Liqası: “Sabah” bu gün Dortmund “Borussiya”sını qəbul edir

UEFA Çempionlar Liqası: “Sabah” bu gün Dortmund “Borussiya”sını qəbul edir

20 Oktyabr 2026 - 09:45
Bu günün valyuta məzənnələri

Bu günün valyuta məzənnələri

20 Oktyabr 2026 - 09:18
BMT-də keçmiş işğalçı rejimin Qarabağda törətdiyi vəhşiliklər barədə məlumat verilib

BMT-də keçmiş işğalçı rejimin Qarabağda törətdiyi vəhşiliklər barədə məlumat verilib

19 Oktyabr 2026 - 21:32
ABŞ Çin vətəndaşı ilə əlaqəli 5 təşkilata sanksiyalar tətbiq edib

ABŞ Çin vətəndaşı ilə əlaqəli 5 təşkilata sanksiyalar tətbiq edib

19 Oktyabr 2026 - 21:30
Özbəkistanla ABŞ arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi müzakirə edilib

Özbəkistanla ABŞ arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi müzakirə edilib

19 Oktyabr 2026 - 21:27
Ermənistan parlamenti oktyabrın 21-də TRIPP layihəsi üzrə sazişi müzakirə edəcək

Ermənistan parlamenti oktyabrın 21-də TRIPP layihəsi üzrə sazişi müzakirə edəcək

19 Oktyabr 2026 - 21:26
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.