Kolumbiyanın Kauka departamentində orduya məxsus hərbi helikopterin qəzaya uğraması nəticəsində 19 nəfərin xəsarət aldığı bildirilir.
Elchi.az xəbər verir ki, Kolumbiya mətbuatının məlumatına görə, “UH-60 Black Hawk” tipli hərbi helikopter Popayan və İnza şəhərləri arasında şəxsi heyət və təchizat daşıyarkən qəzaya uğrayıb.
Rəsmilər bildiriblər ki, göyərtədə olan 4 ekipaj üzvü və 15 hərbçi xəsarət alıb. Qəza ilə bağlı araşdırmalara başlanılıb.
Şayəstə





















