NASA tərəfindən bir təcrübə çərçivəsində Beynəlxalq Kosmik Stansiyaya (BKS) göndərilən miniatür insan beyni modelləri, mikroqravitasiya və radiasiyanın beyin hüceyrələrinə təsirini öyrənmək üçün istifadə olunacaq. Tədqiqatın məqsədi kosmik səyahət, qocalma və nevroloji xəstəliklər arasındakı əlaqəni anlamağa töhfə verməkdir.
Elchi.az xəbər verir ki, Laboratoriya şəraitində yetişdirilən miniatür insan beyni modelləri, SpaceX-in 35-ci kommersiya təchizat missiyası çərçivəsində Beynəlxalq Kosmik Stansiyaya (BKS) çatdırıldı.
NASA-nın “SpaceX CRS-35” missiyası çərşənbə axşamı Florida ştatındakı Kanaveral burnundan (Cape Canaveral) start götürdü. Lazımi təchizatları daşıyan “Dragon” kapsulu, 15 oktyabr tarixində, Türkiyə vaxtı ilə saat 18:00-da orbitdəki kosmik stansiyaya birləşdi.
Kapsulda təxminən 2860 kiloqram yük var idi; bunların arasında sinir toxumasından ibarət olan və “miBrains” adlandırılan üçölçülü miniatür insan beyni modelləri də yer alırdı.
Şayəstə





















