“Rusiya-Türkiyə koalisiyası Rusiyanın Qara dənizdə və Qafqazda güclənməsinə imkan verəcək”.
Axar.az xəbər verir ki, bu açıqlama ilə hollandiyalı analitik Nik Ottens çıxış edib. O, yeni yaranan bu koalisiyanın Qərbin enerji təhlükəsizliyində problemlərə səbəb ola biləcəyini bildirib:
“Rusiya-Türkiyə koalisiyası Rusiyanın Qara dənizdə və Qafqazda güclənməsinə imkan verəcək. Həmçinin Rusiya digər tərəfdən Qafqazda qərbyönümlü dövlətlərin – Gürcüstan və Azərbaycanın Avropa ilə əlaqələrinin dərinləşməsinə də şərait yaradır. İllər öncə Bjezinski “Böyük şahmat taxtası” kitabında bildirdiyi kimi, Türkiyənin aparacağı siyasət Qafqaz ölkələrinin gələcək taleyini həll edəcək”.