"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MƏDƏNİYYƏT

Anna Axmatova niyə Stalinə məktub yazmışdı?

07 Dekabr 2014 - 10:00
in MƏDƏNİYYƏT
FacebookVatsap

“Varislər” layihəsində1417901587 

 

Bunu da oxuyun

Regionlardakı dövlət teatrlarında direktor vəzifəsi üçün müsabiqə elan edilib

“Odissey”in kitab satışları 1400 faiz artdı

Qəbələ Beynəlxalq Musiqi Festivalının üçüncü günündə zəngin konsert proqramı təqdim olunub – FOTO

Lev Qumilyov: iki şairin varisi 

 

Gümüş yüzillik” ifadəsi hər kəsə Anna Axmatova və Nikolay Qumilyovun adlarını xatırladır. 

 

Onlar 1903-cü ilin sonlarında Çarskoye Seloda tanış olurlar və demək olar ki, elə həmin andan da tez-tez görüşməyə başlayırlar: birlikdə konsertə, gənclərin yığışdıqları poetik məclislərə gedirdilər. O vaxt artıq hər ikisi  poeziya ilə maraqlanır, çoxlu mütaliə edirdilər. Nikolay Qumilyov Annanın qardaşı Andrey Qorenko ilə dostluq edirdi. Fəqət aşiq olmuş gənc uzun müddət sevgisinə qarşılıq tapa bilmir. Anna onu dost, qardaş, başqa sözlə, sevgilidən başqa hər kəs hesab edirdi. Qumilyov az qala, yeddi il iztirablara, əzab-əziyyətlərə dözməli olur: gah tez-tez görüşür, gah da başqa şəhərlərdən məktublar yazır, şeirlər həsr edirdi. Dəfələrlə intihar həddinə çatıb canına qəsd fikrinə düşür və hər dəfə də sanki ölümün astanasından qayıdır. Növdəti dəfə evlənmək təklifinə “hə” deməyə Annanı nə vadar etmişdi, məlum deyil: nəhayət vulkan kimi od tutub püskürən duyğuları, pərəstişkarının sarsılmaz inadına rəğbət hissi, yoxsa anın kaprizimi?

 

25 aprel 1910-cu ildə (köhnə tarixlə) Qumilyov və Axmatova Çerniqor quberniyasının kənd kilsələrindən birində kəbin kəsdirirlər. Toy çox sadə keçir, hətta gənclər qohumlarına belə xəbər vermədən yalnız bəzi ən yaxın dostlarını dəvət edirlər.

 

Onların yeganə övladları Lev 1 oktyabr 1912-ci ildə Çarskoye Seloda dünyaya gəlir. Levin uşaqlıq illəri Tver quberniyasının Bejetski qəzasındakı Slepnyovo malikanəsində, nənəsinin yanında keçib, məktəbə isə Bejetskidə gedib.

 

Lev Qumilyovun fikrincə, məktəb illəri amansız sınaqdır, çünki şagirdin öyrənməyə məcbur olduğu bir çox fənlər heç bir maraq kəsb etmir. Onunçün tarix və coğrafiya maraqlı olsa da, riyaziyyat və dilləri çətin qavrayırdı, coğrafiyanın saatları isə minimuma endirilmişdi, yəni, qısası, sevimli fənn qalmamışdı. Qumilyov bu elmləri yerli kitabxanalarda çox yayılmış Mayn Rid, Fenimor Kuper, Jül Vern və Cek Londonun romanlarından əxz etməli olur. Hər şeylə maraqlanan yeniyetmə, sadəcə, oxuyub yadda saxlamır, həm də hər şeydə bir qanunauyğunluq arayır, yaşına uyğun olmayan suallarla maraqlanırdı: misalçün: Makedoniyalı İskəndər niyə Hindistana gedib və ya niyə barbarlar Romanı dağıdıblar? Məktəblilər arasında tarixlə maraqlananlar elə də çox deyildi. Levin həmyaşıdları daha çox kinoya getməyə, çayda çimməyə, xizəklə sürüşməyə üstünlük verirdilər, keçmişə aşırı maraq isə yalnız tanışlarda gülüş doğururdu.

 

Ancaq Lev Qumilyovun bəxti gətirir. Otuzuncu illərdə gənclərin də sevinclə qəbul edildikləri bir çox arxeoloji və etnoqrafik ekspedisiyalar təşkil edilirdi. Alimlərlə birlikdə insanların Firdovsinin dilində danışdıqları tacik qışlaqlarına, Taymır tundralarına, Krımın paleolit mağaralarına, xəzərlərin Sarkel şəhərinin ətrafındakı çöllərə səyahət edərkən Qumilyov tarix üzrə təcrübi biliklərə yiyələnirdi və kitablardan öyrəndiyi kölgəli obrazlar sanki gözləri önündə canlanırdı.

 

Lev Qumilyov 1934-cü ildə Leninqrad universitetinin tarix fakültəsinə daxil olur və ixtisas olaraq köçəri hun, kuman, türk, uyğur və monqol xalqlarının tarixini seçir. Adı çəkilən xalqların tarixi o dövrdə demək olar ki, tədqiq edilməmişdi. Qumilyov bu etnosların tarixi üzrə ilk mütəxəssis olmaq arzusunda idi. Fəqət o dövrdə bu sahədə elmin dərinliklərinə getmək mümkün deyildi: o dövrdə “gözdən salınmış” iki rus şairinin oğlu sovet dövlətində taleyin “bəxşişlərinə” ümid bəsləyə bilməzdi. Heç bir il oxumamışdı ki, gənc universitetdən xaric edilir və birgə oxuduğu tələbələrin donosuna əsasən “anti-sovet əhvali-ruhiyyəyə” görə həbs olunur. Anna Axmatova Stalinə məktub yazır. Bu dəfə Levi həbsdən məhz bu məktub xilas edə bilir və Qumilyov hətta universitetə də bərpa olunur.

 

Lev Qumilyov məğrur və təbiətən emosional idi. Xüsusilə də onun yanında atasının adını bədnam niyyətlə çəkəndə alovlanır, qızışıb özündən çıxırdı. 1938-ci ildə mühazirədə, iki yüz tələbənin içində o, Nikolay Qumilyovun şeirlərini və şəxsiyyətini məsxərəyə qoyan və ona həyasızcasına böhtanlar atan professor Pumpyanski ilə qızğın mübahisə edir. Tələbənin “hörmətsizliyindən” hiddətlənən professor münaqişə barədə dekanlığıa məlumat verir. 10 mart 1938-ci ildə Lev Qumilyovu terrorçu tələbələrə rəhbərlikdə ittiham edərək həbsə alırlar. Onu səkkiz gecə dayanmadan döyürlər, bundan sonra Qumilyov hətta heç oxumadan belə etirafnaməyə imza atır. Ona qarşı sürülən ittihamlar içərisində 1921-ci ildə güllələnmiş atasının intiqamını almaq üçün guya anasının onu Jdanovu qətlə yetirməyə təhrik etməsi də var idi.

 

Leninqrad hərbi dairəsinin Hərbi kollegiyasının qərarı ilə Qumilyov on illik katorqa cəzasına məhkum edilir. Ancaq hələ Yejovun vaxtında prokurorluq hökmü ləğv edir və o, daha da ağırlaşdırmaq üçün yenidən baxılmağa verilir. Qumilyovu güllələnmə gözləyirdi. Ancaq möcüzə nəticəsində qurtula bilir –  Lev Nikolayeviçi Belomor-Baltik kanalından Leninqrada köçürənədək Yejovu işdən çıxarırlar, işə isə artıq müttəhimin cəzasının yüngülləşdirilməsi yönündə yanaşırlar. Xüsusi müşavirənin hökmü ilə onu beş il Noriul islah-əmək düşərgəsində həbs cəzasına məhkum edirlər.

 

Elə ilk gündən Qumilyovun “bəxti gətirir”: onu şaxtaya işləməyə göndərirlər. “Şaxta – meşədən daha yaxşıdır, – Qumilyov durumunu belə şərh edirdi, – bayırda mənfi 39 dərəcə və küləkdir, şaxtada isə mənfi 4 dərəcə və sakitlikdir. Ancaq şaxta adamı çox taqətdən salır”. Bütün həbs müddəti ərzində o, qazmaçı, mədəndə kitab anbardarı, texnik, geoloq (qeotexnik, daha sonra isə qeofiziki qrupun tərkibində), axıra yaxın isə hətta kimyaçı laborant da işləyir. Səhhəti və fiziki hazırlığı çox vaxt Lev Nikolayeviçi pis vəziyyətdə qoyurdu, o, həddən artıq üzülür, əldən düşür, soyuqdan və bir barakı bölüşdüyü dustaqların istehzalarından əziyyət çəkirdi. Ancaq hətta belə çətin şəraitdə belə o, iti düşüncə qabiliyyətini, yumor duyğusunu qoruyub saxlaya bilir: ekspromt şeirlər və həcvlər yazır, ölçücünün briqadanı aldatmamasına və dustaqların qanuni paylarını almasına diqqət edirdi. Bütün bunlarla yanaşı Lev həbsdə olarkən dissertasiya üzərində də işləyirdi. Qumilyov kağızlarına zərər gəlməsin deyə, kürəyinə taxtadaan yəhər düzəldir və yazılarını həmişə özü ilə gəzdirirdi.

 

Lev Qumilyovun damarlarından böyük şairlərin qanı axırdı. Ancaq o, elm naminə ədəbiyyatdan imtina edir. Qumilyov yazırdı ki, kamerada uzanıb düşünərkən kəşflər edirdi. “Ağlıma bir ideya gələn kimi yerimdən sıçrayır və qışqırırdım: “Evrika!” Bir də ətrafıma boylanıb görürdüm ki, uşaqlar dəliyə baxan kimi mənə baxırlar, onda yenidən yerimə qayıdır və ideyanı beynimdə saf-çürük etməyə başlayırdım”. Onun kitablarının əsasını təşkil edən etnosların passionarlığı fərziyyəsi beləcə yaranmağa başladı və alimin ən başlıca əsərinə çevrildi.

 

1943-cü ildə cəza müddəti bitəndən sonra Qumilyov oradan çıxmamaq şərtilə Norilskdə qalıb işləyir. Könüllü olaraq cəbhəyə getməyi xahiş edir və 1944-cü ildə arzusu baş tutur – Lev Nikolayeviç I Belorusiya cəbhəsində zenit batareyasında topçu kimi döyüşür, Berlinin alınmasında iştirak edir, lakin mükafat və təltifləri olmur – çox güman ki, siyasi dustaq kimi həbsdə olması öz təsirini bu məsələdə də göstərirdi.

Qumilyov müharibədən sonra universitetə bərpa edilə, daha sonra isə aspiranturaya daxil ola bilir, ancaq tezliklə ÜK(b)P MK-nın Anna Axmatovanın tənqidi görüşlərini işıqlandıran ““Ulduz” və “Leninqrad” jurnalları haqqında” qətnaməsinə əsasən xaric olunur, dissertasiyanı isə yalnız iki il sonra müdafiə edə bilir.

 

Elmi fəaliyyətindəki qısamüddətli uğurları daima totalitar dövlətin yeni təqib dalğaları ilə əvəzlənirdi: Lev Qumilyov namizədlik dərəcəsinin sevincini dadmağa macal tapmamış yenidən həbs olunur və düşərgəyə göndərilir. Anasının himayəsi bu dəfə kömək etmir və həbs müddəti yeddi il sürür. Alim yalnız 1956-cı ildə işə yenidən baxıldıqda və heç bir cinayət əməli aşkar edilmədikdə azadlığa çıxır.

Lev Qumilyovun yaratdığı etnogenezlərin passionarlığı nəzəriyyəsi tarixi prosesi yaranmaqda olan etnoslarla landşaft, iqlim, geoloji və coğrafi faktorlar və digər etnosların qarşılıqlı təsiri kimi təsvir edir. Əvvəlcə nəzəriyyə nə SSRİ-də, nə də xaricdə qəbul edildi, lakin hazırda Qumilyovun elmi görüşlərini davam və inkişaf etdirən çoxsaylı alimlər ordusu yetişib.

 

Lev Qumilyov 15 iyun 1992-ci ildə Sankt-Ppeterburqda vəfat edib.

 

Levdən başqa Nikolay Qumilyovun daha iki övladı olub – ikinci zövcəsi Anna Engelhartdan qızı Yelena və nikahdankənar oğlu Opest Vısotski.

 

Tərcümə etdi: Təhminə C.

 

Previous Post

Anna Axmatova niyə Stalinə məktub yazmışdı?

Next Post

Xırdalanlılara “şad” xəbər

Bənzər yazılar

Regionlardakı dövlət teatrlarında direktor vəzifəsi üçün müsabiqə elan edilib

Regionlardakı dövlət teatrlarında direktor vəzifəsi üçün müsabiqə elan edilib

04 Avqust 2026 - 16:39

Mədəniyyət Nazirliyi region teatrlarında direktor vəzifəsi üçün müsabiqə elan edib. Elchi.az-a bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib. Qeyd olunub ki,...

“Odissey”in kitab satışları 1400 faiz artdı

“Odissey”in kitab satışları 1400 faiz artdı

31 İyul 2026 - 22:39

Dünyaşöhrətli rejissor Kristofer Nolanın Homerin məşhur “Odissey” dastanı əsasında çəkdiyi film Böyük Britaniyada qədim yunan mifologiyasına marağı kəskin artırıb. Filmin...

Qəbələ Beynəlxalq Musiqi Festivalının üçüncü günündə zəngin konsert proqramı təqdim olunub – FOTO

31 İyul 2026 - 19:17

Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı, Mədəniyyət Nazirliyinin, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının və “Gilan”ın dəstəyi ilə keçirilən XV...

XV Qəbələ Beynəlxalq Musiqi Festivalında balet qala-konserti olub – FOTO

XV Qəbələ Beynəlxalq Musiqi Festivalında balet qala-konserti olub – FOTO

30 İyul 2026 - 09:46

Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı, Mədəniyyət Nazirliyi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və “Gilan”ın dəstəyi ilə baş tutan...

Next Post

Xırdalanlılara "şad" xəbər

Xırdalanlılara "şad" xəbər

Son xəbərlər

Prezidentin sosial media hesablarında Naxçıvanda Heydər Əliyevlə bağlı dediyi fikirlər paylaşılıb

Prezidentin sosial media hesablarında Naxçıvanda Heydər Əliyevlə bağlı dediyi fikirlər paylaşılıb

12 Avqust 2026 - 11:02
Bu gün UEFA Superkubokunun qalibi bəlli olacaq

Bu gün UEFA Superkubokunun qalibi bəlli olacaq

12 Avqust 2026 - 10:57
Yanğına səbəb olan sahələr təmizlənib – VİDEO

Yanğına səbəb olan sahələr təmizlənib – VİDEO

12 Avqust 2026 - 10:50
Tramp: Danışıqlar məsələsində İrana etibar etmirəm

Tramp: Danışıqlar məsələsində İrana etibar etmirəm

12 Avqust 2026 - 10:46
Ebola epidemiyasında ölənlərin sayı 2 mini keçdi

Ebola epidemiyasında ölənlərin sayı 2 mini keçdi

12 Avqust 2026 - 10:37
Fermer süni intellektə etibar etdikdən sonra 25 akr məhsul itirdi

Fermer süni intellektə etibar etdikdən sonra 25 akr məhsul itirdi

12 Avqust 2026 - 10:24
Naxçıvanın sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün 258 milyon manat ayrılıb – SƏRƏNCAM

Naxçıvanın sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün 258 milyon manat ayrılıb – SƏRƏNCAM

12 Avqust 2026 - 10:15
MN rəhbərliyi Əlahiddə Ümumqoşun Ordunun hərbi hissələrində olub – VİDEO

MN rəhbərliyi Əlahiddə Ümumqoşun Ordunun hərbi hissələrində olub – VİDEO

12 Avqust 2026 - 10:09
Bu gün ali məktəblərə ixtisas seçimi başlayır

Bu gün ali məktəblərə ixtisas seçimi başlayır

12 Avqust 2026 - 10:00
ADY: Azərbaycan–Ermənistan sərhədindən Ordubad istiqamətində ilk 7 km sahədə tikinti işləri aparılır – FOTO – VİDEO

ADY: Azərbaycan–Ermənistan sərhədindən Ordubad istiqamətində ilk 7 km sahədə tikinti işləri aparılır – FOTO – VİDEO

12 Avqust 2026 - 09:51
Yol polisi uşaqlarla bağlı hərəkət iştirakçılarına müraciət edib

Yol polisi uşaqlarla bağlı hərəkət iştirakçılarına müraciət edib

12 Avqust 2026 - 09:48
Azərbaycan neftinin qiyməti 125 dolları ötdü

Azərbaycan neftinin qiyməti 96 dollara yaxınlaşır

12 Avqust 2026 - 09:35
Bu günün valyuta məzənnələri

Bu günün valyuta məzənnələri

12 Avqust 2026 - 09:26
DİN BNMİ 46 kq narkotik vasitəni qanunsuz dövriyyədən çıxarıb

DİN BNMİ 46 kq narkotik vasitəni qanunsuz dövriyyədən çıxarıb

12 Avqust 2026 - 09:14
Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfər edib

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfər edib

11 Avqust 2026 - 19:21
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.