"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Qaçan sürücüyə cərimə yaza bilməyəcəklər – Yenilik

09 Fevral 2016 - 10:54
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Təbəssümü ilə ümid, peşəkarlığı ilə etimad qazanan həkim- Qeyrət Nəsirov

Prezident bir qrup energetiki təltif edib – SİYAHI

Mehrdad Əxlaqi Kitabçi İranın yeni müdafiə naziri olub

Yeni dəyişiklik məsuliyyətə cəlb etmə təcrübəsini bir az da bərbad vəziyyətə salacaq.

Mayın 1-dən qüvvəyə minəcəyi gözlənilən yeni İnzibati Xətalar Məcəlləsində (IXM) sürücünün sərxoşluğun müayinəsindən imtinaya görə məsuliyyəti ilə bağlı normada da dəyişikliklər edilib. Bu dəyişiklik DYP əməkdaşının dayandırdığı yerdə sərxoşluğun müayinəsindən boyun qaçıran sürücünü həmin xətaya görə məsuliyyətə cəlb etməyi qeyri-mümkün edir. Başqa sözlə, sürücü yalnız tibbi müəssisəsində müayinəyə aparıldıqdan sonra müayinədən imtina edərsə, onun boyun qaçırmaya görə məsuliyyətə cəlb edilməsi mümkündür. Sürücü DYP-nin saxladığı yerdə müayinədən boyun qaçırmağa nail ola bilsə (məsələn, qaçıb aradan çıxmaqla), onun boyun qaçırmaya görə məsuliyyətə cəlb edilməsi qanunsuz olacaq. Aydın məsələdir ki, yeni normada “tibbi müayinəyə aparılmış” dedikdə, DYP əməkdaşları tərəfindən sərxoşluğun müayinəsi üçün tibb müəssisəsinə gətirilmiş şəxs başa düşülür.

İXM-in bu yeni norması, yəqin ki, tibbi müayinədən boyun qaçırmaya görə məsuliyyətə cəlb etmə məsələsindəki mümkün neqativ halları istisna etməyə, xüsusən bu norma üzrə əsassız məsuliyyətə cəlb etməni aradan qaldırmağa yönəlib. Bu mənada həmin yanaşmanı pozitiv hesab edərək alqışlamaq lazımdır. Amma həmin normanın təklif edilən yeni variantda qəbulu sərxoşluğun müayinəsindən boyun qaçırmağa görə məsuliyyətə cəlb etmə təcrübəsini bir az da bərbad vəziyyətə salacaq. Məsələ burasındadır ki, sürücünün məcburi tibbi müayinəsinin hüquqi mexanizmi nə İXM-də, nə də hər hansı başqa qanunvericilik aktından nəzərdə tutulmur. Lakin məcburi tibbi müayinə birbaşa olaraq insan hüquq və azadlıqlarına müdaxilədir, ona görə onun dəqiq mexanizmi, özü də məhkəmə təminatlı mexanizmi olmalıdır. “Yol hərəkəti haqqında” Qanunda sürücünün sərxoşluqla bağlı tibbi müayinədən keçməsinin məcburi olması məhz elə o deməkdir ki, keçməkdən boyun qaçırmaya görə məsuliyyət nəzərdə tutulur. Amma bu müddəa o demək deyil ki, tibbi müayinədən imtina edən sürücü zorla tibb müəssisəsinə aparılmalıdır. Hər hansı sürücü sərxoşluğun müayinəsindən imtina etdikdə bunun yolverilməzliyi və belə imtinaya görə məsuliyyətin mövcudluğu ona xatırlanmalı, daha sonra həmin sürücü imtinaya görə inzibati məsuliyyətə cəlb edilməlidir. Yox, əgər tibbi müayinə hər bir halda qaçılmaz sayılacaqsa, onda sürücünü zorla tibbi müayinə etməyin mexanizmi nəzərdə tutulmalıdır.

Təsadüfi deyil ki, sərxoşluğun müayinəsindən imtinaya görə nəzərdə tutulan sanksiya, sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etməyə görə nəzərdə tutulan sanksiyadan daha sərtdir. Məsələn, hazırda qüvvədə olan İXM-in 152-1.1-ci maddəsinə əsasən, sürücülük hüququ olan şəxs sərxoş vəziyyətdə avtomobili idarə edərsə, 300 manat miqdarında cərimə edilir və ya sürücülük hüququ 6 aydan 1 ilədək müddətə məhdudlaşdırılır. Amma sürücülük hüququ olan şəxs sərxoşluğun müayinəsindən boyun qaçırarsa, İXM-in 156.1-ci maddəsinə əsasən, o, srücülük hüququ 1 ildən 2 ilədək müddətə məhdudlaşdırılmaqla 300-700 manatadək miqdarda cərimə edilir və ya srücülük hüququ 1-2 ilədək müddətə məhdudlaşdırılmaqla 10 günədək inzibati həbs olunur.

2012-ci ildə şəxsən mənim də təşəbbüsümlə qanunvericiliyə daxil edilmiş bu yanaşma (yəni boyun qaçırmaya görə sərxoş idarə etmədən daha sərt tənbeh nəzərdə tutulması) məhz elə o məqsədlə edilib ki, hər hansı sürücünü zorla sərxoşluğun müaiynəsinə aparmağa zərurət olmasın. Boyun qaçırma olduqda, sadəcə bunun nəticələri sürücüyə izah edilməli, daha sonra boyun qaçırma lazımi qaydada rəsmiləşdirilməli və həmin şəxs məsuliyyətə cəlb edilməlidir. Ən başlıcası isə odur ki, sərxoşluğun müayinəsi yalnız sərxoşluğun aşkar əlamətləri olduqda tələb edilməlidir.

Yeni layihənin mayın birindən qüvvəyə minəcəyi gözlənilir və boyun qaçırma ilə bağlı layihədəki norma olduğu kimi qüvvəyə minərsə, həmin normanın tətbiqi təcrübəsi sıfıra yaxın olacaq. Əvəzində sürücülərlə DYP əməkdaşları arasında insan hüquq və azadlıqları zəminində mübahisələr yaranacaq.

Previous Post

Qaçan sürücüyə cərimə yaza bilməyəcəklər – Yenilik

Next Post

Aygün Eltona 18+ şeir yazdı – Mətn

Bənzər yazılar

Təbəssümü ilə ümid, peşəkarlığı ilə etimad qazanan həkim- Qeyrət Nəsirov

Təbəssümü ilə ümid, peşəkarlığı ilə etimad qazanan həkim- Qeyrət Nəsirov

19 Oktyabr 2026 - 16:06

Bəşər tarixinin bütün dövrlərində insan sağlamlığı cəmiyyətin ən böyük sərvətlərindən biri hesab olunub. Çünki sağlam insan sağlam ailənin, sağlam ailə...

Prezident bir qrup energetiki təltif edib – SİYAHI

Prezident bir qrup energetiki təltif edib – SİYAHI

19 Oktyabr 2026 - 14:18

Prezident İlham Əliyev Azərbaycan energetiklərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb. Elchi.az xəbər verir ki, Sərəncama əsasən energetika sahəsinin inkişafında səmərəli...

Mehrdad Əxlaqi Kitabçi İranın yeni müdafiə naziri olub

Mehrdad Əxlaqi Kitabçi İranın yeni müdafiə naziri olub

18 Oktyabr 2026 - 13:21

İran parlamenti Mehrdad Əxlaqi Kitabçini müdafiə naziri vəzifəsinə seçib. Elchi.az  xəbər verir ki, bu barədə "Tasnim" məlumat yayıb. Qeyd olunub...

BFMTV: Parisdə etirazlar zamanı 855 nəfər həbs edilib

BFMTV: Parisdə etirazlar zamanı 855 nəfər həbs edilib

18 Oktyabr 2026 - 13:19

Fransanın paytaxtı Parisdə iğtişaşlar zamanı azı 855 nəfər saxlanılıb. Elchi.az  xəbər verir ki, bu barədə BFMTV məlumat yayıb. Məlumata görə,...

Next Post

Aygün Eltona 18+ şeir yazdı - Mətn

Aygün Eltona 18+ şeir yazdı - Mətn

Son xəbərlər

Norveç 16 yaşdan kiçiklərə sosial şəbəkə və oyunları qadağan edir

Norveç 16 yaşdan kiçiklərə sosial şəbəkə və oyunları qadağan edir

19 Oktyabr 2026 - 18:13
DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə saxlayıb

DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə saxlayıb

19 Oktyabr 2026 - 17:56
“Le Figaro”: Tramp administrasiyası Kiyevi təslim olmağa sövq edir

“Le Figaro”: Tramp administrasiyası Kiyevi təslim olmağa sövq edir

19 Oktyabr 2026 - 17:48
“Şahinlərin Görüşü-2026” təlimində mürəkkəb taktiki manevrlər yerinə yetirilib – VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində mürəkkəb taktiki manevrlər yerinə yetirilib – VİDEO

19 Oktyabr 2026 - 17:44
Mətbuat Şurası Türkiyənin media qurumlarına çağırış edib

Mətbuat Şurası Türkiyənin media qurumlarına çağırış edib

19 Oktyabr 2026 - 17:38
Taksi sürücüləri üçün test imtahanına 1578 nəfər qatılacaq

Taksi sürücüləri üçün test imtahanına 1578 nəfər qatılacaq

19 Oktyabr 2026 - 17:25
FHN-in Cənub Regional Mərkəzi təlim keçirdi – FOTO

FHN-in Cənub Regional Mərkəzi təlim keçirdi – FOTO

19 Oktyabr 2026 - 17:18
“Falçılıq” adı altında dələduzluq edən şəxs saxlanılıb

“Falçılıq” adı altında dələduzluq edən şəxs saxlanılıb

19 Oktyabr 2026 - 17:09
Tramp miqrantların “Fransanı ələ keçirdiyinə” inanır

Tramp miqrantların “Fransanı ələ keçirdiyinə” inanır

19 Oktyabr 2026 - 16:59
Azərbaycanlı alimlər suyun təmizlənməsi mexanizmlərini təhlil ediblər

Azərbaycanlı alimlər suyun təmizlənməsi mexanizmlərini təhlil ediblər

19 Oktyabr 2026 - 16:46
Özbəkistanda qızılca təhlükəsinə qarşı təcili tədbirlər görülür

Özbəkistanda qızılca təhlükəsinə qarşı təcili tədbirlər görülür

19 Oktyabr 2026 - 16:35
“Mançester Siti”nin futbolçusu iki ay yaşıl meydanlardan uzaq qala bilər

“Mançester Siti”nin futbolçusu iki ay yaşıl meydanlardan uzaq qala bilər

19 Oktyabr 2026 - 16:27
Ötən ay Azərbaycan vətəndaşları Türkiyədə 70 mənzil alıb

Ötən ay Azərbaycan vətəndaşları Türkiyədə 70 mənzil alıb

19 Oktyabr 2026 - 16:15
Təbəssümü ilə ümid, peşəkarlığı ilə etimad qazanan həkim- Qeyrət Nəsirov

Təbəssümü ilə ümid, peşəkarlığı ilə etimad qazanan həkim- Qeyrət Nəsirov

19 Oktyabr 2026 - 16:06
Almaniya səfiri Sumqayıta səfər edib

Almaniya səfiri Sumqayıta səfər edib

19 Oktyabr 2026 - 16:06
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.