“Rusiya ilə Azərbaycan arasında iqtisadi əlaqələr çoxşaxəlidir, bu da iki ölkə arasında münasibətlərin daha da inkişafına zəmin yaradır”.
Bunu Rusiya Prezidenti Vladimir Putin Kremldə Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək görüşdə deyib.
V. Putin Azərbaycanda rus dilinin inkişafına verilən dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür edib.
“Bilirəm ki, Azərbaycanın 300 məktəbində rus dili aktiv öyrənilir, təbii ki, biz buna gələcəkdə də dəstək verəcəyik”, – deyə Rusiya lideri vurğulayıb.
V. Putin regional əlaqələrin də aktiv şəkildə inkişaf etdiyini qeyd edib.
Kəlbəcərdə ilk dəfə əmək yarmarkası keçirilib, 90-dan çox vakansiya təqdim olunub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı və Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin dəstəyi...





















Son şərhlər