"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdərədə Vəngli və Kolatağ kəndlərinin sakinləri ilə görüşüblər – VİDEO – YENİLƏNİB

21 Avqust 2025 - 21:25
in MANŞET

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva

FacebookVatsap

Avqustun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdərə rayonunun Vəngli kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub, kənd sakini Vəkil Mamedovun evinə baş çəkiblər.
Elchi.az xəbər verir ki, sonra dövlətimizin başçısı və birinci xanım Vəngli və Kolatağ kəndlərinin sakinləri ilə görüşüb söhbət ediblər.

Bunu da oxuyun

Tramp: İrana bombardmanlar bərpa oluna bilər

Kreml ABŞ-a müraciət edib

Trampdan ağcaqanadlarla bağlı FƏRMAN

Prezident İlham Əliyev: Salam, xoş gəlmisiniz.

Sakinlər: Cənab Prezident, xoş gəlmisiniz.

Prezident İlham Əliyev: Mən bilirəm ki, Kolatağ və Vəngli kəndlərinə keçmiş köçkünlər artıq 5-6 gün bundan əvvəl gəliblər. Xoş gəlmisiniz.

Sakinlər: Çox sağ olun. Siz də xoş gəlmisiniz.

Prezident İlham Əliyev: Burada sizin üçün çox gözəl şərait yaradılıb. Mənzillər hamısı təmirli, şərait, həyətyanı sahələr, su, bütün infrastruktur, hər şey var. Ən önəmlisi də gözəl təbiət və Vətən torpağı. Bu münasibətlə sizi təbrik edirəm.

Sakinlər: Bəli, cənab Prezident, var olun.

Prezident İlham Əliyev: Bu gün Mehriban xanımla Kolatağ kəndində də olduq, indi burada – Vəngli kəndindəyik. Biz burada əvvəllər də olmuşuq. Keçən dəfə gələndə bu kənd bərbad vəziyyətdə idi. İndi buranı belə gözəl bərpa etdik, təmir etdik. Burada rahat yaşamaq üçün bütün şərait var.

Sakinlər: Allah Sizi qorusun, Azərbaycanın uzunömürlü Prezidenti, Sizi öpürük. Sizə cansağlığı, uzun ömür arzulayırıq. Allah Sizi qorusun! Başına dönüm. Gələn ayaqlarınıza qurban. Sizə gələn azar bizə gəlsin. Bu günə görə Allahımızdan çox razıyıq. Şükür bu günü bizə yaşatdınız, arzumuza çatdıq. Allah daim köməyiniz olsun!

Kişi sakin: Ulu Öndərimizin dediyi kimi, ata-baba torpaqlarımıza qayıtdıq.

Prezident İlham Əliyev: Allaha şükür, təbriklər.

Qadın sakin: Allah Sizi qorusun, cənab Prezident.

Prezident İlham Əliyev: Çox sağ olun. Burada, doğma torpaqda rahat, salamat yaşayın.

Sakinlər: Allah Sizə uzun ömür versin, bu xalqın, bu camaatın üstündən əskik eləməsin. Şükür bu günümüzə, dünya durduqca durasınız.

Prezident İlham Əliyev: Siz də sağ olun. Xoş gəlmisiniz.

Kişi sakin: Allah Sizi qorusun!

Prezident İlham Əliyev: Burada elə gözəl hava var ki, heç Bakıda belə hava yoxdur.

Sakinlər: Allah Sizi Azərbaycanın üstündən əskik eləməsin. Allah Sizə uzun ömür, cansağlığı versin. Dünya durduqca balalarınla birlikdə var olasınız.

Prezident İlham Əliyev: Köçkünlük dövrü bitdi, getdi.

Sakinlər: Çox sağ olun, Allah Sizə uzun ömür versin. Allah köməyiniz olsun, Siz bizim alnımızdan ləkəni götürdünüz, şükür bu günümüzə.

Prezident İlham Əliyev: Uzun illər köçkünlük həyatı yaşamaq böyük əzabdır.

Kişi sakin: Çox zülmdür, zülm çəkmişik.

Prezident İlham Əliyev: Həm fiziki, həm mənəvi əzab. Torpaqları da biz döyüşərək aldıq. Heç kim onları bizə qaytarmadı.

Sakinlər: Allah o yumruğunuzu çox möhkəm eləsin. Allah Sizi Azərbaycanın üstündən əskik etməsin, amin. Uzun ömür, cansağlığı arzulayırıq.

Prezident İlham Əliyev: Sağ olun. Gəlin, birlikdə şəkil çəkdirək.

Sakinlər: Şükür bu günümüzə. Arzumuz idi, arzumuza çatdıq. İmişlidə, Kürdəmirdə yaşadıq.

Prezident İlham Əliyev: Orada da qaçqın düşərgəsində?

Sakinlər: Şəhərcikdə. Bizi dolandırmısınız. Başqa ölkələrdə köçkünlərə baxırıq, Sizə minnətdarıq. Siz bizə yaxşı baxmısınız, Sizdən hərtərəfli razıyıq. Uzunömürlü Prezidentimiz ol! Allahdan arzu edirəm “Dəmir yumruğ”unuz var olsun. Qarabağ Azərbaycandır! Yaşasın Prezidentimiz! Yaşasın Azərbaycan! Millətimiz sağ olsun! Yaşasın bizim Prezidentimiz!

Prezident İlham Əliyev: Sağ olun. Görünür, bu cavan qızlar işğal dövründə dünyaya gəliblər.

Sakinlər: Bəli, bəli.

Gənc qız: Bəli, cavan olsaq da, həmişə ürəyimiz Vətənlə döyünüb.

Qadın sakin: 1992-ci ildə buradan piyada getmişəm, nə zülmlə, nə zillətlə. İndi Allaha şükür, arzumuza çatdıq. Allah, Prezidentimiz İlham Əliyevi var elə, bizi bu günə çatdırdı. Tanrı, Mehriban xanımı var elə, dövlətimizi uca elə. Öpürəm Sizi. Allah ömrümdən kəsib Sizin ömrünüzə calasın.

Prezident İlham Əliyev: Birlikdə deyəkmi Qarabağ Azərbaycandır!?

Sakinlər: Qarabağ Azərbaycandır! Yaşasın bizim Lider! Allah köməyiniz olsun!

Prezident İlham Əliyev: Salamat qalın.

Sakinlər: Yaxşı yol.

x x x
Qeyd edək ki, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev 2023-cü il noyabrın 7-də Vəngli kəndində olublar.
Xaçın çayının sahilində yerləşən kənd Ağdərə rayonunun eyniadlı inzibati ərazi dairəsinə daxildir. Kənd 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. 2023-cü ilin sentyabrında Azərbaycan Ordusu tərəfindən həyata keçirilmiş antiterror tədbirləri nəticəsində kənd işğaldan azad olunub.
Kənddəki 391 fərdi evdən 52-si yararsız, 339-u isə qismən yararlı olub. 60 fərdi ev artıq əsaslı bərpa edilib, sentyabrın 1-dək daha 60 fərdi evin bərpası nəzərdə tutulub, 2026-cı ildə isə 219 fərdi ev təmir və bərpa olunacaq.
Bu il avqustun 15-də 22 ailə, ümumilikdə 83 nəfər doğma Vəngli kəndinə qayıdıb. Avqust ayının sonunadək isə daha 38 ailə (143 nəfər) bu kəndə köçürüləcək.
Hazırda Vəngli kəndində müasir sosial infrastrukturun qurulması istiqamətində işlər davam etdirilir. Belə ki, 4 transformator və 3 kilometr uzunluğunda mövcud elektrik xətti təmir edilib, əlavə olaraq 1,5 kilometr uzunluğunda xəttin çəkilməsi işləri görülür. Kənddə 60 ev su ilə təmin olunub, sentyabr ayının sonlarınadək kəndin içməli su ilə təminatı tam başa çatdırılacaq. Mövcud qaz xətti bərpa olunub, 3 min 500 poqonometr xəttin isə bərpası nəzərdə tutulub. Bundan başqa, kənddə yeni qaz xətti çəkilib və əlavə olaraq yeni hissənin çəkilişi planlaşdırılır.
Kənddə istirahət parkı salınıb. Sakinlərin istirahəti və asudə vaxtlarının səmərəli təşkili üçün parkda hər cür şərait yaradılıb. Ərazidə bayraq meydanı, idman və uşaq oyun meydançaları, rekreasiya zonası və yaşıllıq zolağı salınıb.

***
15:02
Avqustun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdərə rayonunun Vəngli kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub, burada Vəngli və Kolatağ kəndlərinin sakinləri ilə görüşüblər.

 

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdərədə Vəngli və Kolatağ kəndlərinin sakinləri ilə görüşüblər - VİDEO  - YENİLƏNİB Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdərədə Vəngli və Kolatağ kəndlərinin sakinləri ilə görüşüblər - VİDEO  - YENİLƏNİB Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdərədə Vəngli və Kolatağ kəndlərinin sakinləri ilə görüşüblər - VİDEO  - YENİLƏNİB

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdərədə Vəngli və Kolatağ kəndlərinin sakinləri ilə görüşüblər - VİDEO  - YENİLƏNİB Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdərədə Vəngli və Kolatağ kəndlərinin sakinləri ilə görüşüblər - VİDEO  - YENİLƏNİB Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdərədə Vəngli və Kolatağ kəndlərinin sakinləri ilə görüşüblər - VİDEO  - YENİLƏNİB Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdərədə Vəngli və Kolatağ kəndlərinin sakinləri ilə görüşüblər - VİDEO  - YENİLƏNİB Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdərədə Vəngli və Kolatağ kəndlərinin sakinləri ilə görüşüblər - VİDEO  - YENİLƏNİB Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdərədə Vəngli və Kolatağ kəndlərinin sakinləri ilə görüşüblər - VİDEO  - YENİLƏNİB

Previous Post

Prezident: Qatar və avtomobillə Naxçıvana gedə biləcəyik

Next Post

Tramp: ABŞ iki həftə ərzində Ukraynada nizamlanmanın mümkün olub-olmadığını müəyyən edəcək

Bənzər yazılar

Tramp: İrana bombardmanlar bərpa oluna bilər

Tramp: İrana bombardmanlar bərpa oluna bilər

01 Oktyabr 2026 - 17:12

ABŞ Prezidenti Donald Tramp noyabrda Konqresə keçiriləcək aralıq seçkilərdən sonra İrana qarşı bombardmanların bərpa ediləcəyini və gücləndiriləcəyini istisna etməyib. Elchi.az...

Kreml ABŞ-a müraciət edib

Kreml ABŞ-a müraciət edib

01 Oktyabr 2026 - 16:00

"Rusiya ABŞ-ı Ukraynadakı münaqişənin həllini gözləmədən iqtisadi əlaqələri bərpa etməyə çağırır". Elchi.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat...

Trampdan ağcaqanadlarla bağlı FƏRMAN

Trampdan ağcaqanadlarla bağlı FƏRMAN

01 Oktyabr 2026 - 15:00

ABŞ Prezidenti Donald Tramp 2028-ci ilə qədər Vaşinqtonda ağcaqanad populyasiyasının 90 faiz azaldılması barədə göstəriş verib. Elchi.az xəbər verir ki,...

Azərbaycanın müdafiə sənayesi yeni imkanlara yol açır

Azərbaycanın müdafiə sənayesi yeni imkanlara yol açır

01 Oktyabr 2026 - 13:17

Azərbaycan təhlükəsizliyini tam təmin etməyi bacaran ölkələr sırasında öz layiqli yerini qoruyur. 44 günlük Vətən müharibəsində dünya ölkəmizin hərbi imkanlarının,...

Next Post

Tramp: ABŞ iki həftə ərzində Ukraynada nizamlanmanın mümkün olub-olmadığını müəyyən edəcək

Kəmaləddin Heydərovdan əmr: Mehdiyev rəis təyin edildi

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Xətibzadə: İndi Yaxın Şərq regionu üçün həssas dövrdür

Xətibzadə: İndi Yaxın Şərq regionu üçün həssas dövrdür

01 Oktyabr 2026 - 22:39
Azərbaycan BMT-ni müstəmləkəçiliyə qarşı fəaliyyəti gücləndirməyə çağırıb

Azərbaycan BMT-ni müstəmləkəçiliyə qarşı fəaliyyəti gücləndirməyə çağırıb

01 Oktyabr 2026 - 22:37
Azərbaycan və Aİ arasında regional məsələlər müzakirə olunub

Azərbaycan və Aİ arasında regional məsələlər müzakirə olunub

01 Oktyabr 2026 - 22:35
Rumıniyada qatarla mikroavtobusun toqquşması nəticəsində 4 nəfər ölüb

Rumıniyada qatarla mikroavtobusun toqquşması nəticəsində 4 nəfər ölüb

01 Oktyabr 2026 - 22:12
Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırılıb

Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırılıb

01 Oktyabr 2026 - 22:08
Kürdəmirdə 92 nəfərin zəhərləndiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb

Kürdəmirdə 92 nəfərin zəhərləndiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb

01 Oktyabr 2026 - 19:25
Baş Prokurorluq: Hərbi hissəni özbaşına tərk edən Azərbaycan hərbçisi Ermənistanda saxlanılıb, cinayət işi açılıb

Baş Prokurorluq: Hərbi hissəni özbaşına tərk edən Azərbaycan hərbçisi Ermənistanda saxlanılıb, cinayət işi açılıb

01 Oktyabr 2026 - 19:12
Niderland İraqda İŞİD-ə qarşı 12 illik hərbi missiyasını yekunlaşdırıb

Niderland İraqda İŞİD-ə qarşı 12 illik hərbi missiyasını yekunlaşdırıb

01 Oktyabr 2026 - 19:00
Azərbaycanın “Avroviziya 2027”də iştirakı ilə bağlı qərar

Azərbaycanın “Avroviziya 2027”də iştirakı ilə bağlı qərar

01 Oktyabr 2026 - 18:52
“Bavariya” Noyerə alternativ axtarır

“Bavariya” Noyerə alternativ axtarır

01 Oktyabr 2026 - 18:44
Hikmət Hacıyev: Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır

Hikmət Hacıyev: Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır

01 Oktyabr 2026 - 18:31
Himalayda dəhşətli uçqun: Ölənlərin sayı 15-ə çatdı

Himalayda dəhşətli uçqun: Ölənlərin sayı 15-ə çatdı

01 Oktyabr 2026 - 18:23
Bakıda külək güclənəcək – XƏBƏRDARLIQ

Bakıda külək güclənəcək – XƏBƏRDARLIQ

01 Oktyabr 2026 - 18:15
“Birliyin Gücü – 2026” birgə hərbi təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib

“Birliyin Gücü – 2026” birgə hərbi təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib

01 Oktyabr 2026 - 17:59
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edilib

Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edilib

01 Oktyabr 2026 - 17:53
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.