Polşa: Ukraynanın Volın mövqeyi qəbuledilməzdir

Mysl Polska: Ukrayna Volın qırğını ilə bağlı həqiqətin yayılmasından qorxur.
Elchi.az xəbər verir ki, Volın qırğınının qurbanlarının anım gününün tənqidi Ukraynanın Qərb ölkələrinin köməyini itirmək qorxusundan danışır. Bu barədə Polşanın Myśl Polska qəzeti məlumat yayıb.
“Onlar qorxurlar, çox qorxurlar ki, tərənnüm etdikləri “qəhrəmanların” nələr törətdikləri, bizim apardığımız qismən eksqumasiyalardan sonra çəkilmiş qalaq-qalaq sümüklər və parçalanmış kəllə təsvirləri bütün dünyada geniş yayılacaq”.
Məqalədə deyilir ki, Kiyev hakimiyyəti yaxşı bilir ki, Avropada bu sübutlar Ukraynaya böyük zərər vura bilər, onlar siyasi və maddi dəstək axtarırlar.
Volın qətliamı Ukraynanın qərbində yaşayan etnik polşalı əhalinin Ukrayna Üsyan Ordusu (Rusiyada qadağan olunmuş təşkilat) tərəfindən kütləvi şəkildə məhv edilməsi idi. Müxtəlif hesablamalara görə, 50-60 min polyak həmin hadisələrin qurbanı olub. Yanvarda Polşanın keçmiş baş naziri Leszek Miller demişdi ki, Ukrayna Polşa ilə münasibətləri yaxşılaşdırmağa can atmır və həqiqətən də Polşa tərəfinin axtardığı Volın qırğını məsələlərini həll etmək istəmir, ona görə də iki ölkə arasında münasibətlərdə heç bir irəliləyiş olmayacaq.
Şayəstə Hüseynova