Kremlin sözçüsü Dmitri Peskov Rusiya qoşunlarının ilin sonuna qədər Ukraynanı tərk etmə ehtimalının olmadığını bildirib.
Elchi.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitriy Peskov Ukrayna prezidenti Vladimir Zelenskinin jurnalistlərə Rusiyanın yeni il ərəfəsində qoşunlarını Ukrayna ərazisindən çıxarmağa çağırmasını dəyərləndirib.
Rusiyanın Ukraynadan Yeni ilə qədər geri çəkilməyəcəyinə işarə edən Peskov, “Bundan söz gedə bilməz” deyib.
Peskov Ukraynanın sülh danışıqları üçün “faktları” qəbul etməli olduğunu qiymətləndirib:
“Ukrayna tərəfi uzun müddət ərzində formalaşmış reallıqları qəbul etməlidir. Bu faktlar yeni regionların Rusiyaya qoşulduğunu göstərir. Bu faktlar nəzərə alınmadan həll prosesində irəliləyiş mümkün deyil”.
Şayəstə