Pakistanda toqquşmalarda 3 əsgər həlak olub

109

Pakistanın Bəlucistan əyalətində baş verən qarşıdurmada 3 əsgər həyatını itirib, 1 yaraqlı isə zərərsizləşdirilib.
Elchi.az xəbər verir ki, Pakistan ordusundan verilən açıqlamada, silahlıların Bəlucistanın Zərqun bölgəsində təhlükəsizlik məntəqəsinə hücum etdiyi bildirilib.
Açıqlamada qarşıdurmada 3 əsgərin həyatını itirdiyi, 1 yaraqlının zərərsizləşdirildiyi bildirilib.
Hələlik heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib.
Son aylar Pakistanda, xüsusən də Hayber Paxtunxva və Bəlucistan əyalətlərində terror hücumları artıb.
İslamabad iddia edir ki, bu hücumlar Əfqanıstanda yerləşən Pakistan Talibanı tərəfindən planlaşdırılıb və idarə olunub. Əfqanıstan bu iddiaları rədd edir.
Yanvarın 30-da günorta namazı zamanı Peşəvərdə məscidə intiharçı hücumu nəticəsində əksəriyyəti polis olmaqla 102 nəfər həlak olub. Martın 6-da Bəlucistanda intiharçı hücumunda 10 təhlükəsizlik işçisi həyatını itirib.
Dünən Bəlucistanın Zhob bölgəsində Camaat-e-İslami Partiyasının lideri Sirac əl-Həqin karvanına intihar hücumu həyata keçirilib. Partiyanın baş katibi Əmirül Əzim partiya liderinin intiharçı hücumundan sağ-salamat xilas olduğunu, təcavüzkarın isə həyatını itirdiyini qeyd edib.

Nuranə Məmmədova