Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan martın 31-də keçirilən yerli özünüidarəetmə orqanlarına seçkilərin nəticələri barədə danışıb.
Elchi.az bu barədə Trthaber.com-a istinadən xəbər verir.
Ərdoğan bildirib ki, yerli hakimiyyət seçkilərində müxalifətin qələbə çalmasından asılı olmayaraq, ölkənin sükanı parlament və prezident seçkiləri ilə hakimiyyətə gələn ölkənin prezidentinə və Nazirlər Kabinetinə məxsusdur.
Ərdoğan seçicilərin verdiyi səslərdən asılı olmayaraq, hər kəsə minnətdar olduqlarını və seçkilərin nəticələrinin onlar üçün dərs olduğunu qeyd edib.
Yeganə