Fransa Prezidenti Emmanuel Makronun reytinqi rekord dərəcədə aşağı düşüb.
Elchi.az xəbər verir ki, Fransanın “Le Figaro” nəşrinin məlumatına görə, onu vətəndaşların cəmi 18 faizi dəstəkləyir.
İyunun sonlarında keçirilmiş əvvəlki sorğu ilə müqayisədə Makronun reytinqi yeddi faiz bəndi azalıb. Nəşr qeyd edir ki, bu eniş yanacaq qiymətlərinin artması ilə bağlı Fransa ictimaiyyətində yaranmış narahatlıq fonunda baş verib.
Sorğuya əsasən, Baş nazir Sebastyan Lekornunun fəaliyyətinə verilən müsbət qiymət də kəskin şəkildə – səkkiz faiz bəndi – azalıb. Fransalı respondentlərin 24 faizi onu yaxşı baş nazir hesab edir.
Sorğu sentyabrın 23-də və 24-də yetkin yaşda olan Fransa vətəndaşları arasında keçirilib.
Makron daha əvvəl Fransadakı yanacaqdoldurma məntəqələrindəki yanacaq qiymətlərinə qarşı narazılığını bildirərək, onları dözülməz adlandırmışdı. Bundan əvvəl isə məlumat verilmişdi ki, İranın da cəlb olunduğu münaqişənin gərginləşdiyi bir vaxtda ölkədə benzin qiymətləri rekord həddə çatıb.
Yeganə




















