Hindistan əhalisinin sayına görə dünyada birinci yerdədir.
Elchi.az Reuters.com-a istinadən bildirir ki, hazırkı hesablamalara görə, ölkədə 1,44 milyard insan var.
Birləşmiş Millətlər Təşkilatının Əhali Fondunun (UNFPA) hesabatına görə, Çin 1,425 milyard əhalisi ilə ikinci yerdədir.
Fond Hindistanda əhalinin artımını ölkədəki sosial-iqtisadi vəziyyətin yaxşılaşması və ana ölümü səviyyəsinin azalması ilə əlaqələndirir.
2011-ci ildə aparılan son siyahıyaalmaya görə, Hindistanın əhalisi 1,21 milyard nəfər olub.
BMT-nin hesablamalarına görə, Çinin əhalisi 2022-ci ildə 1,426 milyarda çatıb və azalmağa başlayıb. Hindistan əhalisinin sayı 2023-cü ilin aprel ayının sonunda materik Çinin əhalisinə bərabər olub və 2024-cü il iyulun 1-də onu ötəcəyi gözlənilir. Mütəxəssislər bu əsrin sonuna qədər Çin əhalisinin 1 milyarddan aşağı düşəcəyini proqnozlaşdırıblar. Digər tərəfdən, Hindistan əhalisinin növbəti bir neçə onillikdə artmağa davam edəcəyi gözlənilir.
Yeganə